Ərdoğan nöqtəni qoydu - "Bir ölkə "yox" deyərsə..."


İsveç terror yuvasıdır. NATO-da bir ölkə "yox" deyərsə, hər hansı namizəd qəbul edilə bilməz.

Turkustan.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan söyləyib.

NATO-nun təhlükəsizlik təşkilatı olduğunu vurğulayan Ərdoğan bildirib ki, Türkiyə alyansın daxilində terror təşkilatlarının olmasını qəbul edə bilməz. Türkiyə Prezidenti Finlandiya və İsveçin PKK/YPG-yə ev sahibliyi etdiyini deyib: "Vaxtilə təşkilata daxil olanlar oldu, bunun arasında Almaniya, Yunanıstan var. Yunanıstan və Fransa artıq təşkilata qoşulub sonra çıxmışdılar. Təəssüf ki, ozamankı Türkiyə rəhbərliyi bunun qarşısını açmışdı, bu ölkələr yenidən NATO-ya qayıtdılar. Geri qayıtdılar nə oldu? Biz bir daha dalana dirənməyi düşünmürük". (teleqraf.com)


MANŞET XƏBƏRLƏRİ