Ərdoğan: "İsveç tam bir terror yuvasıdır"


"NATO təhlükəsizlik təşkilatıdır. Alyansın içində terror təşkilatlarının olmasını qəbul edə bilmirik. Bu ölkələr (Finlandiya və İsveç) PKK/YPG-yə ev sahibliyi edir. Biz salındığımız dalana bir daha dirənməyi düşünmürük".

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan söyləyib.

"İsveç tam bir terror yuvasıdır. Bir ölkə "yox" deyərsə, hər hansı namizəd ölkəni NATO-ya qəbul edə bilməzlər. Keçmişdə təşkilata daxil olanlar daxil olub. Bunun içində Almaniya, Fransa da var. Yunanıstan və Fransa onsuz da təşkilata qoşulub sonra çıxmışdılar" , - o bildirib. /Cebhe.info/


MANŞET XƏBƏRLƏRİ