Ermənistan Azərbaycanla sərhədin delimitasiyası üzrə komissiya YARATDI

Ermənistan Azərbaycanla sərhədin delimitasiyası üzrə komissiya YARATDI

Ermənistan tərəfi artıq Azərbaycanla sərhədin delimitasiyası ilə bağlı öz komissiyasını yaradıb, vaxtı gələndə adlar açıqlanacaq.
Turkustan.az xəbər verir ki, bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan hökumətin iclasından sonra jurnalistlərə bildirib.

"İşçi qruplarının görüşünə gəlincə, bu, texniki fərqlərə görə baş tutmadı. Ümid edirik ki, texniki məsələlər həllini tapacaq və işçi qruplarının görüşü baş tutacaq".
Qriqoryan qeyd edib ki, Ermənistan sülh gündəminə sadiq qalır. O hesab edir ki, danışıqlar İrəvan və Bakının təklifləri birləşdirildikdən sonra başlamalıdır.

Ermənistan Təhlükəsizlik Şurası katibinin sözlərinə görə, İrəvan ümid edir ki, tərəflər sülh gündəmində ortaq məxrəcə gələcəklər, çünki bu, birtərəfli qaydada həyata keçirilə bilməz. (modern.az)


MANŞET XƏBƏRLƏRİ