Bakı-İrəvan görüşü niyə baş tutmadı? - Mirzoyan


Tərəflərin razılaşmalı olduğu bəzi texniki detallar var.

Turkustan.az xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Ermənistan-Azərbaycan delimitasiya və sərhəd təhlükəsizliyi komissiyasının mayın 16-17-nə təyin edilmiş iclasının niyə baş tutmaması ilə bağlı sualı cavablandırarkən deyib.

"Düz deyirsiniz, görüş baş tutmadı. Amma sizi əmin edə bilərəm ki, biz bu görüşün təşkili ilə bağlı müzakirələrimizi davam etdirəcəyik. Tərəflərin razılaşmalı olduğu bəzi texniki detallar var. Ümid edirəm ki, yaxın günlərdə və ya həftələrdə görüş baş tutacaq", - Mirzoyan bildirib. (axar.az)


MANŞET XƏBƏRLƏRİ