MEDİA Qadir İbrahimlinin durumunu diqqətdə saxlayır

MEDİA Qadir İbrahimlinin durumunu diqqətdə saxlayır

Medianın İnkişafı Agentliyi jurnalist Qadir İbrahimlinin vəziyyətini diqqətdə saxlayır. 

Turkustan.az xəbər verir ki, bununla bağlı Agentliyin şöbə müdiri Natiq Məmmədli məlumat yayıb.

"Dəyərli həmkarımız Qadir İbrahimlinin vəziyyəti diqqətimizdədir. Yerləşdirildiyi Respublika Klinik Tibb Mərkəzinin rəhbərliyi və həkimləri ilə dərhal əlaqə saxlanılıb və daim əlaqədəyik. Allahdan dəyərli dostumuza şəfa diləyirik!"

Qeyd edək ki, tanınmış jurnalist, “İstiqlal.az” saytının rəhbəri Qadir İbrahimli Akademik Mirqasımov adına Respublika Klinik Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Onun qaraciyər xəstəliyindən əziyyət çəkdiyi bildirilir. Q.İbrahimlinin şəkər xəstəliyi də var. Ağır vəziyyətdə olan jurnalistin hazırda müalicəsi davam etdirilir.


MANŞET XƏBƏRLƏRİ