Ədliyyə Akademiyasının rektoru kimdir? - DOSYE


Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasına rektor təyin edilib.
Sərəncamla Ədliyyə Akademiyasının rektoru vəzifəsinə Şahin Məhərrəm oğlu Əliyev təyinat alıb.
Turkustan.az -ın məlumatına görə, Şahin Əliyev bu təyinatadək Prezident Administrasiyasının (PA) Hüquq ekspertizası şöbəsinin müdiri vəzifəsində işləyib. O, həmin vəzifəyə 29 noyabr 2019-cu il tarixində təyin edilmişdi.
Prezident Administrasiyasının Hüquq ekspertizası şöbəsi yenicə ləğv edilib.
Ş.Əliyev daha əvvəl Prezidentinin Administrasiyasının Qanunvericilik və hüquq ekspertizası məsələləri şöbəsinin müdiri vəzifəsini icra edib.
Şahin Əliyev Azərbaycanda dövlət qulluğunda uzunmüddətli səmərəli fəaliyyətinə görə 2020-ci ilin yanvarında "Şöhrət" ordeni ilə təltif edilib. (modern.az)


MANŞET XƏBƏRLƏRİ