"Azov" Mariupolda şeytana məbəd tikib - Rusiyadan inanılmaz iddia


Ukraynanın işğal edilmiş Mariupol şəhərində "Azov" batalyonunun bazasında satanist simvolları olan stend və bir neçə taxta büt tapılıb.

Turkustan.azxəbər verir ki, bu iddia Rusiyanın "Novosti" agentliyinin məqaləsində qeyd olunub.

İddiaya görə, "Azov"un döyüşçüləri Mariupoldakı bir məktəbin yaxınlığında içində qurbangahı olan satanist məbədi tikiblər, Şeytanın taxtadan bütlərini qoyublar.

Bazada digər satanist simvollarla yanaşı, Şeytanın təsvir edildiyi pentaqramların tapıldığı da bu iddiaya daxildir. Belə mənzərəyə bundan əvvəl "Azov"un Volnovaxadakı mövqelərində də rast gəlindiyi deyilib. /teleqraf.com/


MANŞET XƏBƏRLƏRİ