ABŞ Kremlin qorxusundan Ukraynaya bu silahları vermir


ABŞ Ukraynaya uzaqmənzilli raket sistemlərini verməyə tələsmir, çünki Kremlin buna həddən artıq gərginlik kimi baxacağından ehtiyatlanır.

Turkustan.az xəbər verir ki, bu barədə "Politiko" nəşri məlumat yayıb.

"ABŞ artıq Ukraynaya öz müttəfiqlərinin arsenalında olan sovet istehsalı analoji sistemlərin verilməsini təmin edib. Lakin Ukrayna daha güclü və dəqiq ABŞ sistemlərinə ümid edir. Kiyev bunu birinci ay deyil ki, istəyir və əsaslandırır ki, güclü reaktiv yaylım atəş sistemləri şərqdə döyüş meydanında artilleriya dueli zamanı üstünlük əldə etmək üçün çox vacibdir. İddialara görə, Ağ Ev Kremlin bunu qəsdən eskalasiya kimi qiymətləndirəcəyindən qorxur, çünki ABŞ reaktiv yaylım atəş sistemləri sovet modelləri və haubitsalarından daha uzaqmənzilli və daha dağıdıcıdır", - nəşr bildirib. (axar.az)


MANŞET XƏBƏRLƏRİ