Müharibənin 85-ci günü: Rusiyanın itkiləri


Ukrayna Rusiyanın hərbi itkilərinin yeni sayını açıqlayıb.

Turkustan.azxəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının "Facebook" səhifəsində məlumat paylaşılıb.

Belə ki, fevralın 24-dən bu günə qədər Rusiyanın 1254 tankı, 3 063 zirehli döyüş maşını, 595 artilleriya sistemi, 199 reaktiv yaylım atəşi sistemi, 93 havadan müdafiə sistemi, 203 hərbi təyyarəsi, 167 helikopteri, 2157 avtomobil texnikası və yanacaq çəni, 13 gəmi/kateri, 455 dronu, 43 xüsusi avadanlığı, 103 qanadlı raketi məhv edilib.

28 500-ə qədər canlı qüvvəsi itirdiyini bildirib.

Xatırladaq ki, Bu gün Ukrayna-Ruisya müharibəsinin 85-ci günüdür.


MANŞET XƏBƏRLƏRİ