İrəvanda aksiya: Küçələr bağlandı - VİDEO


İrəvanda Baş nazir Nikol Paşinyanın komandasının istefası tələbi ilə aksiyalar davam edir.

Turkustan.azxəbər verir ki, səhər saatlarında Ermənistan paytaxtının müxtəlif yerlərində vətəndaşlar küçələri bağlayıb. Polis hərəkəti bərpa etməy çalışır.

Xatırladaq ki, aksiyalar mayın 2-dən keçirilir. Hər gün yüzlərlə revanşist müxalifətin tərəfdarları küçələrə çıxaraq aksiya keçirir.

Ötən gün Milli Məclisin vitse-spikeri, nasist İşxan Saqatelyan bildirib ki, 19 mayda itaətsizlik aksiyaları Qaregin Njde meydanında, Komitasdakı Surb Xaç kilsəsində, Avandakı Harsnakarda, Nor Norkdakı Mega Mall ilə üzbəüz, abidənin qarşısında, Sasunlu David, Respublika Xəstəxanasının yaxınlığındakı parkda, Leninqradyan-Sebastiya və Fransa meydanının kəsişməsində olacaq. /teleqraf.com/


MANŞET XƏBƏRLƏRİ