Rus ordusunun mövqeyinə ölümcül zərbə - Darmadağın edildi


Ukrayna Silahlı Qüvvələri ötən gün ərzində Donbasda Rusiya ordusunun 16 hücumunu dəf edib.

Turkustan.azxəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

"Donetsk və Luqansk istiqamətlərində düşmənin 16 hücumu dəf edilib, 8 tank, 17 zirehli döyüş maşını, 4 xüsusi zirehli texnika və 6 sıravi texnikası vurulub", - məlumatda bildirilib.

Eyni zamanda, ötən gün Ukraynanın zenit-raket bölmələri 1 təyyarə və qanadlı raketi məhv edib. Hərbi Hava Qüvvələrinin aviasiyası rus qüvvələrinin qruplaşma apardığı mövqeyə də zərbələr endirib. İlkin məlumata görə, 20-yə yaxın zirehli texnika, sursat və canlı qüvvə məhv edilib. /teleqraf.com/


MANŞET XƏBƏRLƏRİ