"Azeri Light"ın qiyməti yenidən ucuzlaşdı


Dünya bazarında "Azeri Light" (CIF) markalı neftin qiyməti azalıb.

Turkustan.az-ın xəbərinə görə, Azərbaycan neftinin 1 barelə olan qiyməti 4,76 ABŞ dolları və ya 3,87% azalaraq, 118,42 dollar təşkil edib.

Qeyd edək ki, ötən gün Azərbaycan nefti 120 dollaradək bahalaşmışdı.


      MANŞET XƏBƏRLƏRİ