Rusiya Finlandiyaya qarşı taktiki nüvə silahlarını işə salır


Xəbər verdiyimiz kimi, Rusiya Xarici İşlər Nazirliyinin xüsusi nümayəndəsi Mariya Zaxarova NATO-ya daxil olmaq istəyən Finlandiyaya cavabın "sürpriz" olacağını açıqlayıb.

Turkustan.az xəbər verir ki, Rusiyanın artıq nüvə qüvvələrini Finlandiya sərhədinə köçürməyə başladığına dair məlumatlar var.

"Nyu-York Post" nəşri yazır ki, Rusiya-Finlandiya sərhədindən 250 kilometr aralıda yerləşən Vıborq şəhərinə hərbi eşalon yola düşüb: "Bura təchizat maşınları, 7 "İskəndər" raketi və digər texnikalar daxildir. Bu, yeni hərbi hissənin formalaşdırıldığı əsasını yaradır. "İskəndər" raket kompleks taktiki nüvə silahları üçün istifadə oluna bilər".

ABŞ Hərbi Hava Qüvvələrinin yüksək rütbəli zabiti nəşrə bildirib ki, kəşfiyyat xidmətləri "İskəndər" raketlərindən ehtiyatlanır və onları ciddi təhlükə olaraq görür. (publika.az)


MANŞET XƏBƏRLƏRİ