Daha bir prezident Finlandiya və İsveçin NATO üzvlüyünə qarşı çıxdı


Xorvatiya Türkiyədən nümunə götürməli, İsveç və Finlandiyanın NATO-ya üzv olmasına mane olmalıdır.

Turkustan.azAP-yə istinadən xəbər verir ki, bunu Xorvatiya prezidenti Zoran Milanoviç deyib.

Ölkənin baş nazir və xarici işlər naziri Milanoviçlə razılaşmırlar.

Qeyd edək ki, Türkiyə Finlandiya və İsveçin NATO-ya üzv olmasına müsbət yanaşmır. Almaniyanın DPA agentliyinin və Britaniyanın "Financial Times" qəzetinin mənbələri Türkiyənin NATO-da Finlandiya və İsveçin alyansa daxil olması ilə bağlı danışıqların başlamasına mane olduğunu bildiriblər. /Modern.az/


MANŞET XƏBƏRLƏRİ