Bu məhsullar niyə sürətlə bahalaşır?


Məhsulların bir çoxu, o cümlədən yuyucu tozlar xaricdən tədarük olunur. İstehsalçı ölkələrin məhsulların qiymətini bahalaşdırması Azərbaycanda olan qiymətlərin qalxmasına səbəb olur.

Bu sözləri Axar.az-a iqtisadçı ekspert Natiq Cəfərli yuyucu tozların bahalaşması barədə danışarkən deyib.

Ekspert bildirib ki, bütün bahalaşmaların əsas səbəbi yerli istehsalatın olmamasıdır:

"Bütün bunların səbəbi idxaldan asılı olmağımızdır. Xaricdə qiymətlərin inflyasiya artımı prosesi baş verir, Azərbaycana da həmin qiymətlərlə idxal olunur. Bu qiymətlər dollar və avro ifadəsində bahalaşır. Ölkəyə gələndə isə qiymətlər daha da artır. Bu məsələnin çıxış yolu ya yerli istehsalı artırmaq, ya da ölkədə istehsal olunmayan bu tipli məhsulların gömrük rüsumunu azaltmaq, yaxud ləğv etməkdir".


MANŞET XƏBƏRLƏRİ