Rusiya Mariupolda təslim olanların sayını açıqladı


Son sutka ərzində "Azovstal" zavodunda mühasirədə qalan 700-ə yaxın ukraynalı hərbçi təslim olub.

Turkustan.az xəbər verir ki, bunu Rusiya Müdafiə Nazirliyinin rəsmisi, general-polkovnik İqor Konaşenkov deyib.

"Mariupolda millətçi "Azov" bölməsinin döyüşçüləri və ukraynalı hərbçilərin təslim olması davam edir. Son sutka ərzində 694 nəfər təslim olub. Onların 29-u yaralıdır", - Konaşenkov bildirib.

Onun sözlərinə görə, son iki gündə 959 nəfər ukraynalı döyüşçü silahı yerə qoyaraq təslim olub. Onların 80-i yaralıdır. Yaralılardan 51-i müalicə olunmaq üçün Novoazovskdakı xəstəxanaya göndəriliblər. (axar.az)


MANŞET XƏBƏRLƏRİ