Bakının bu rayonlarında özünüzü qoruyun: Təhlükə artıb


"Bakının rayonlarından gürzə ilanının sancması ilə bağlı müraciətlər olur".

Turkustan.az xəbər verir ki, bunu Cebhe.info-ya Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri, Azərbaycan Səhiyyə Nazirliyinin baş toksikoloqu Azər Maqsudov son günlərdə havaların kəskin şəkildə istiləşməsi ilə əlaqədar ilanların aktivləşməsindən danışarkən deyib.

O, paytaxtın Nizamı, Xəzər rayonlarından, Abşeronun Güzdək, Masazır qəsəbələrindən ilansancması ilə bağlı xəstəxanaya müraciətlərin daxil olduğunu açıqlayıb:

"May ayı ərzində 8 nəfər gürzə ilanının sacması ilə bağlı müraciət edib. Aprel ayında isə 16 nəfərin ilansacma ilə bağlı xəstəxanaya müraciəti olub. Onların 3-ü uşaq olub".

Bildirilib ki, xəstələrə lazımı tibbi yardım göstərilib, hamısı hospitalizasiya olunub. Lazım olan müayinələr aparılıb, onlara gürzə ilanının zəhərinə qarşı zərdablar vurulub:

"Hələlik heç bir fəsad olmayıb və xəstələr evə yazılıblar".

Baş toksikoloq havanın isinməsiylə əlaqədar müraciətlərin artacağının gözlənildiyini, zərdabların isə kifayət qədər olduğunu deyib.


MANŞET XƏBƏRLƏRİ