"Bizə deyirlər ki, Putinə nəsə verək, əvəzində..." – Kiyevdən şok iddia


Rusiya-Ukrayna danışıqları dayandırılıb.

Turkustan.az xəbər verir ki, bunu Ukrayna Prezident Aparatı rəhbərinin müşaviri Mixail Podolyak deyib.

O qeyd edib ki, rusların tələbləri cəbhədəki hadisələrdən fərqli olaraq dəyişmir:

"Rusiya başa düşmür ki, Ukraynadakı vəziyyət əvvəllər olduğu kimi deyil. Onlar öz direktivlərini dəyişmirlər, şantaj etməkdə davam edirlər, bəziləri açıq şəkildə səsləndirilir. Ukraynaya qarşı bəzi iddialar irəli sürürlər, guya "Ukrayna nasizmi"nin mövcud olduğu dünyada yaşayırlar. Artıq dünyaya məlumdur ki, bu gün nasizmin yalnız bir növü var - rus nasizmi".

Podolyakın sözlərinə görə, danışıqlar prosesi dayandırılıb, amma bu o demək deyil ki, tərəflər heç vaxt dialoq masası arxasında əyləşməyəcəklər:

"Danışıqlar dayandırılıb. İstanbuldakı görüşdən sonra heç bir dəyişiklik, irəliləyiş yoxdur. Rusiya hələ də öz düşüncəsində qalır. Amma istənilən müharibə danışıqlar masası arxasında bitəcək".

Kiyevdən "Vladimir Putinin nüfuzunu xilas etmək" üçün müharibənin qısa müddətdə dayandırılmasını istəyən bəzi Qərb siyasətçilərinin mövqeyinin nəzərə alınıb-alınmayacağı sualına Podolyak deyib ki, Rusiya bu müharibəni avropalıların istədiyi formada dayandıra bilməyəcək:

"Cənab Putin simasını xilas edə bilsin deyə "nəyisə vermək" məsələsinə gəlincə, bu, qeyri-mümkündür, bu, alver predmeti deyil, nəyisə versək müharibə bitməyəcək, bu, Ukrayna cəmiyyəti tərəfindən də qəbul olunmayacaq. Çünki istənilən ikinci Minsk prosesi təxirəsalınmış müharibə deməkdir. Bu, bizə lazımdırmı? Xeyr. Avropa da bunu başa düşməlidir". (teleqraf.com)


MANŞET XƏBƏRLƏRİ