Ruslar Mariupolu "kadırovçular"a vermək istəyirlər - Şəhərin meri faktlar açıqladı


Çeçenlər müvəqqəti işğal edilən Mariupolun şərti "bərpasının kuratoru" olacaqlar.

Turkustan.az xəbər verir ki, bu barədə Mariupol merinin müşaviri Petr Andryuşenko məlumat yayıb.

"Rus hərbçilərinin Mariupolda nə planlaşdırdıqları və şərti olaraq "bərpa kuratorunun" kimin olacağı tədricən aydınlaşır. Bu, Çeçenistandır. Müqavimətçiləri qorxutmaq üçün şəhərin "kadırovçular"a verilməsi planlaşdırılır. Onlar oranı talan da edə bilərlər", - o bildirib.

Andryuşenko qeyd edib ki, artıq məlumat qismən təsdiqlənib:

"Çeçen siyasətçiləri artıq şəhərin işğalçıları ilə görüşüblər. Bu gün Mariupolda ilk dəfə olaraq Dövlət Dumasının deputatı Dmitri Sablinin iştirakı ilə çeçen hakimiyyətinin üzvləri olan Adam Delimxanov və Əhməd Dolqayevlə işçi görüşü keçirilib. Çeçenistanın siyasi iqtidarı qeyd edib ki, onlar Mariupolun bərpası planlarını müzakirə ediblər". (axar.az)


MANŞET XƏBƏRLƏRİ