MHP lideri Baxçalı Azərbaycan prezidenti Əliyevə yerli istehsal olan qızıl saplı Sarsılmaz tapançasını hədiyyə edib. Hədiyyənin üzərində “Qarabağ fateh” yazılmışdı.
“Türkiyənin unikal yerli tapança layihəsi”nin açıq qalibi olan SAR 9 ən çətin şəraitdə hədəfi tapmaq üçün hazırlanmışdır.
İstifadə asanlığı və yüngül quruluşu ilə seçilən SAR 9 yüksək keyfiyyətli polimer korpusa malikdir.
9 millimetrlik bütün üstünlükləri təqdim edən SAR 9 həm də gövdədəki aksessuar rayı, həmçinin müxtəlif əl tiplərinə uyğunlaşmaq üçün dəyişdirilə bilən tutacaq örtükləri (S-M-L) və arxa dayaqları sayəsində istifadəçisi üçün mükəmməl uyğunlaşma təmin edir.
Sarsılmazın Türkiyə təhlükəsizlik qüvvələri və əsgərlərinin ehtiyaclarına uyğun olaraq hazırladığı SAR 9 tapançasının yeni versiyaları ABŞ-ın Tactical Retailer jurnalının tapança kateqoriyasında “Oxucuların Seçimi Qızıl Mükafatı”na layiq görülüb.
Eltac Zülfüqaroğlu/Turkustan.az