Ukrayna heç kimə lazım deyil - Lavrov


Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov Ukraynanı heç kimə lazım olmayan "sərf olunan material" adlandırıb.

Turkustan.az "RİA Novosti"yə istinadən xəbər verir ki, Lavrovun sözlərinə görə, Ukraynanın heç kimə faydası yoxdur.

"Ukrayna Rusiya Federasiyası ilə hibrid total müharibədə "sərf edilə bilən" materialdır. İndi heç kim buna şübhə etmir. Bu barədə ictimaiyyətə məlumat verilib", - rusiyalı diplomat bildirib.

O, Avropa diplomatiyasının rəhbəri Cozef Borelin "bu müharibədə qələbəni döyüş meydanında əldə etmək lazımdır" bəyanatını xatırladıb. Lavrovun sözlərinə görə, Qərb Rusiyanın Ukraynada keçirilən "xüsusi əməliyyat" zamanı məğlub olması üçün əlindən gələni edir.

"Yəni onlar Ukrayna ilə Rusiya arasında deyil, Qərblə Rusiya arasında müharibə elan ediblər. Ukrayna isə artıq çevrilib... bilirsiniz, artıq ümumi bir ifadə var ki, "Qərb son ukraynalıya qədər döyüşməyə hazırdır". Bu, çox uyğundur", - deyə Rusiya XİN rəhbəri qeyd edib.


MANŞET XƏBƏRLƏRİ