İrəvanda etiraz aksiyaları davam edir

İrəvanda etiraz aksiyaları davam edir

İrəvanda Ermənistanın Baş naziri Nikol Paşinyanın istefası tələbi ilə keçirilən etiraz aksiyaları zamanı saxlanılan şəxslərin sayı 414 nəfərə çatıb.

Turkustan.az Ermənistan mediasına istinadla xəbər verir ki, bu barədə respublika polisinin mətbuat xidməti məlumat yayıb.

Bir müddət öncə Ermənistan parlamentinin müxalif “Ermənistan” fraksiyasından olan vitse-spikeri İşxan Saqatelyan bu gün üçün genişmiqyaslı itaətsizlik aksiyaları elan edib. Onun sözlərinə görə, etirazçılar yollar bağlayacaq, nəqliyyatı dayandıracaq və paytaxt iflic vəziyyətinə düşəcək. Həmçinin axşam saatlarında İrəvanın Fransa meydanında daha bir mitinq keçiriləcək.

Qeyd edək ki, aprelin 25-dən başlayaraq Ermənistan müxalifəti bütün ölkə üzrə etiraz aksiyaları keçirir. Nümayişçilərin fikrincə, hakimiyyətin yürütdüyü siyasət dövlətçiliyin itirilməsi təhlükəsi yaradır.  /Yeniavaz.com/ 


MANŞET XƏBƏRLƏRİ