Azərbaycan və Türkiyə "Əməkdaşlıq üzrə Yol Xəritəsi" imzaladı


Azərbaycan və Türkiyənin səhiyyə nazirlikləri arasında sənəd imzalanıb.

Turkustan.az xəbər verir ki, bu barədə Azərbaycan səhiyyə naziri Teymur Musayev bildirib.

T.Musayev qeyd edib ki, bu gün səhiyyə nazirliklərimiz arasında 022-2023-cü illər üçün Əməkdaşlıq üzrə Yol Xəritəsi bütünlükdə ölkələrimizin səhiyyə sektorunun inkişafı yolunda mühüm rol oynayacaq.

Nazir bildirib ki, Azərbaycan səhiyyə sisteminin rəqəmsallaşdırılması Səhiyyə Nazirliyinin qarşısına qoyulan prioritet tapşırıqlardan biridir:

"Türkiyəli həmkarlarımızla rəqəmsal səhiyyə sahəsində dəfələrlə müzakirələrimiz və görüşlərimiz olub və dəstəyinizi hiss edirik. Hazırda Azərbaycan Tibb Universiteti Türkiyənin 20-ə yaxın universiteti ilə əməkdaşlıq edir. Əməkdaşlıq çərçivəsində azərbaycanlı tələbələr Türkiyənin təhsil müəssisələrində təcrübə keçir və tədris olunan onlayn dərslərdə iştirak edir".

Azərbaycanlı nazir Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sədri İlham Əliyevin təşəbbüsü ilə koronavirus pandemiyası ilə mübarizə mövzusuna həsr olunmuş fövqəladə Zirvə görüşü zamanı Şura çərçivəsində Səhiyyədə Koordinasiya Komitəsi tərkibində Tibb Elmi Qrupunun yaradıldığını vurğulayıb. (modern.az)


MANŞET XƏBƏRLƏRİ