Mil­li-de­mok­ra­tik ide­ya cə­rə­yan­ı: türkçülük/azər­bay­can­çı­lıq, çağdaşlıq və is­lam­çı­lıq

Mil­li-de­mok­ra­tik ide­ya cə­rə­yan­ı: türkçülük/azər­bay­can­çı­lıq, çağdaşlıq və is­lam­çı­lıq

MEDİA Agentliyi “Media haqqında” qanun layihəsinin ictimai müzakirəsinin  təşkili ilə bağlı fikirlərə münasibət bildirib - AZƏRTAC – Azərbaycan  Dövlət İnformasiya Agentliyi

 

QEYD: Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunur

 

IX Yazı

 

AMEA Fəlsəfə və Sosoiologiya İnstitutunun aparıcı elmi işçisi,

dosent, fəlsəfə üzrə fəlsəfə doktoru Faiq Ələkbərli

 

Nağı Şeyx­za­man­lı Tür­ki­yə­yə sə­fər edə­rə­kən, 1918-ci ilin yan­va­rın­da Trab­zon­da ke­çi­ri­lən bir top­lan­tı­da Azər­bay­can xal­qı­nı mə­na­fe­yi­ni be­lə mü­da­fiə et­di­yi­ni ya­zır­dı: “Ru­si­ya­da bü gün anar­xi­ya hökm sü­rür. Hər­bi və mül­ki təş­ki­lat­lar da­ğıl­mış­dır, Ru­si­ya­nın heç bir tə­rə­fi mər­kə­zə bağ­lı de­yil­dir. So­sia­list cə­rə­yan­lar bir-bi­ri­lə çar­pış­maq­­da­dır. Ru­si­ya­da ya­şa­yan qey­ri-mil­lət­lər də mər­kəz­dən ay­rı­lıb müs­tə­qil döv­lət qur­maq is­tə­yin­də­dir­lər”.[1] Onun id­dia­sı­na gö­rə, Tür­ki­yə­nin yar­dı­mı ilə Qaf­qaz­da ikin­ci bir Türk döv­lə­ti­nin qu­rul­ma­sı­nı tək­lif edər­kən Ö.Fa­iq Ne­man­za­də əv­vəl­cə bu­na qar­şı çıx­mış və Qaf­qa­zın Os­man­lı tə­rə­fin­dən iş­ğal edi­lə­rək, öz il­ha­qı al­tı­na al­ma­sı­nı da­ha doğ­ru say­mış­dır. [2] An­caq son­ra­lar türk pa­şa­la­rı ilə söh­bət edr­kən Ömər Fa­iq də bil­di­rib ki, Azər­bay­can xal­qı türk­lük­lə­ri­ni hə­qi­qə­tən dərk et­miş bir xalq­dır və is­tiq­la­la la­yiq­dir. [3]

Şeyx­za­man­lı ya­zır ki, Tür­ki­yə pa­şa­la­rı (Tə­lət pa­şa, Ən­vər Pa­şa, Xə­lil bəy və b.) ilə gö­rüş­də de­miş­dir: “Qaf­qaz rus­lar tə­rə­fin­dən iş­ğal olu­nar­kən sək­kiz xan­lı­ğın xal­qı olan azə­ri­lər ki, di­ni bir, adət-ənə­nə­lə­ri bir olan mil­lə­ti­miz Türk mil­lə­ti­dir, rus ida­rə­si­nə qar­şı ge­cə­li-gün­düz­lü hər fə­də­kar­lı­ğı gö­zə ala­raq vu­ruş­du­lar. Bu vu­ruş­ma­la­rın rus çar­lı­ğı­nın dev­ril­mə­sin­də bö­yük ro­lu ol­muş­dur. Qaf­qaz­da baş­sız qa­lan rus or­du­su qar­ma-qa­rı­şıq və­ziy­yə­tin­də­dir. Xal­qı­mı­zın si­lah­lı qüv­və­lə­ri­nin hü­cu­mu­na, təz­yi­qi­nə dö­zə bil­mə­di­lər. Qı­sa bir vaxt ər­zin­də si­lah­la­rı­nı ata­raq çə­kil­di­lər. Azər­bay­ca­nın hər tə­rə­fin­də xal­qı ida­rə edə bi­lə­cək mil­li ko­mi­tə­lər qu­rul­du. Tez­lik­lə anar­xi­ya­dan əsər-əla­mət qal­ma­dı. An­caq bu gün əl­ve­riş­li olan və­ziy­yət sa­bah təh­lü­kə­li­dir. İq­ti­sa­diy­­ya­tı­mız, cə­miy­yə­ti­miz, ima­nı­mız, mə­də­niy­yə­ti­­miz hər sa­hə­də rus mil­lə­tin­dən qat-qat üs­tün ol­du­ğu hal­da azə­ri türk­lə­ri­nin gə­lə­cə­yi qa­ran­lıq gö­rü­nür. Müs­tə­qil ya­şa­ma­ğı əzm et­miş mil­lə­ti­mi­zin bö­yük bir nöq­sa­nı var­dır. Xal­qı­mı­zın vax­ti­lə hər­bi tə­lim və tər­bi­yə­dən məh­rum olun­ma­sı və rus ça­rı Bi­rin­ci Pyot­run gös­tə­ri­şi­nə əsa­sən İran və Tür­ki­yə­nin rus hi­ma­yə­si al­tı­na düş­mə­yin­cə Qaf­qaz­dan əs­gər alın­ma­ma­sı əmr et­mə­si bu ça­tış­maz­lı­ğı ya­rat­mış­dı. Azər­bay­can xal­qı siz­dən kö­mək göz­lə­yir. Mil­lə­ti­miz müs­tə­qil ol­maq niy­yə­tin­də­dir. Siz qar­daş əli­ni­zi bi­zə uza­dın, bi­zə yar­dım edin. Müs­tə­qil olaq. Siz bi­zi çə­kib öz tə­rə­fi­ni­zə yıx­ma­yın, ayaq­da qa­la­rıq”.[4] Pa­şa­lar Qaf­qaz­da bir mü­səl­man döv­lə­ti ya­ran­ma­sı fik­ri­ni mü­da­fiə edər­kən, Şeyx­za­man­lı de­yib ki, di­ni ba­xım­dan mü­səl­man ol­sa­lar da, Mil­li Türk hö­ku­mə­ti ya­ra­dıl­ma­sı­nı is­tə­yir­lər. [5]

İs­lam­lıq mə­sə­lə­si­nə gə­lin­cə, Şeyx­za­man­lı ya­zır­dı ki, Mil­li İs­tiq­lal uğ­run­da mü­ba­ri­zə apa­rı­lan dövr­də Gən­cə­də din­dar­lar “Mə­həm­mə­di” fir­qə­si ya­ra­dıb­lar. Bu­nun­la da Azər­bay­ca­nın di­ni kə­si­mi­nin bir his­sə­si Mil­li İs­tiq­la­la zidd yol tut­ma­ğa baş­la­mış­lar: “Əv­vəl­cə biz fi­kir ver­mə­dik, bi­zim par­ti­ya­mız Türk “Ədə­mi-Mər­kə­ziy­yət” fir­qə­si bü­tün mil­li mə­sə­lə­lə­ri­mi­zi öz proq­ra­mın­da əks et­miş­di və çox qüv­və­li idi. Bü­tün zi­ya­lı­lar, ta­cir­lər, ağıl­lı adam­lar ha­mı­sı fir­qə tə­ra­fın­da idi­lər. An­caq son­ra­lar bax­dıq ki, mol­la­lar işi­mi­zə ma­ne­çi­lik edir­lər, əley­hi­mi­zə təb­li­ğat apa­rır­lar. Xal­qa de­yir­lər ki, fir­qə li­de­ri Nə­sib bəy bir ki­tab çxar­mış, ət­ra­fı­na gənc­lə­ri top­la­mış və id­dia edir ki, Qu­ra­ni-Kə­ri­mi atın. O, köh­nə­lib­di. “Ye­ni ki­tab” (fir­qə proq­ra­mı) da­ha mü­qəd­dəs­dir. Bu­nun üçün biz bö­yük bir xalq yı­ğın­ca­ğı ke­çir­dik, on­la­rın əley­hi­nə sü­but­lar gə­tir­dik. On­la­rın xal­qın qar­şı­sın­da məğ­lub et­dik və xalq tə­rə­fin­dən bə­yə­nil­miş be­lə bir qə­rar çı­xart­dıq: Mol­la­lar, xo­ca­lar məs­cid­lər­də otu­ra­raq ni­kah bağ­la­ya­caq­lar, cə­na­zə mə­ra­sim­lə­ri ke­çi­rə­cək­lər, xal­qın an­la­maq is­tə­di­yi di­ni mə­sə­lə­lə­ri izah edə­cək­lər və qə­tiy­yən dün­yə­vi iş­lə­rə qa­rış­ma­ya­caq­lar. Di­ni iş­lə­ri­miz­lə on­lar, mil­li iş­lə­ri­miz­lə yal­nız biz əla­qə­dar ola­caq. Bu qə­rar­dan son­ra da on­lar bi­zim mil­li iş­lə­ri­mi­zə ma­ne­çi­lik et­mə­di­lər”. [6]

Şeyx­za­man­lı­ya gö­rə, ha­zır­da mü­səl­man dün­ya­sın­da bir­lik yox, qüv­və yox və ol­ma­ya­caq da. Onun fik­rin­cə, di­ni bir­lik ya­ran­sa be­lə, bu­nan bir şey çıx­ma­ya­caq: “Al­la­hı­ma inan­dı­ğım ki­mi ina­nı­ram ki, Tür­ki­yə­nin bir kən­din­də olan qey­rət, iman, və­tə­nə bağ­lı­lıq mü­ra­ci­ət edə­cə­yi­miz İs­lam dün­ya­sın­da yox­dur. Bu boş iş­dir… Var­lıq, qüv­və yal­nız mil­li iman­da­dır”.[7] De­mə­li, Şeyx­za­man­lı açıq şə­kil­də Türk bir­li­yi­ni di­ni bir­lik­lən, yə­ni “İs­lam bir­li­yi”ndən üs­tün tut­muş­dur.

Mü­ha­ci­rət döv­rün­də də Azər­bay­can Mil­li İde­ya­sı­nı bə­ra et­mək uğ­run­da mü­ba­ri­zə apar­dıq­la­rı­nı ya­zan Şey­za­man­lı­ya gö­rə, hər bir Azər­bay­can tür­kü­nün  ürə­yi iki mü­qəd­dəs var­lıq ilə do­lu­dur: “Bi­ri­si din duy­ğu­su, di­gə­ri mil­li duy­ğu Azə­ri­lər bu iki mü­qə­dəds var­lıq­la­rı­nı se­vim­li mil­li bay­raq­la­rın­da da əks et­miş­di­lər. Azər­bay­can bay­ra­ğı üç­rəng­li­dir: ya­şıl rəng is­la­miy­yə­ti təm­sil edir. Qır­mı­zı rəng və ay-ul­duz müa­sir­çi­li­yi təm­sil edir. Üçün­cü rən­gi olan ma­vi isə so­yu­nu təm­sil edir. Hər bir azə­ri­nin fik­ri is­tiq­lal duy­ğu­su il­də do­lu­dur”.[8] An­caq azər­bay­can­lı­lar öz­lə­ri­ni di­gər türk top­lum­la­rı ki­mi heç vaxt din tə­si­ri al­tı­na sal­ma­mış­lar: “Ənə­nə­lə­ri­ni din­lə­ri qə­dər mü­qəd­dəs say­mış­lar. Əsr­lər­cə ça­lış­ma­nın sa­hə­sin­də di­ni­ni, ənə­nə­lə­ri­ni, adət­­lə­ri­ni, mən­ti­qi­ni, in­sa­ni duy­ğu­la­rı­nı qa­nun şək­lin­də ifa­də edə bi­lən bir döv­lət ki­mi la­yiq ol­muş­dur”.[9] O ya­zır­dı ki, cə­ha­lət­pə­rəst­lər di­nə ar­xa­la­nıb sün­ni­lik, şiə­lik de­yə iki ay­rı yo­la ay­rıl­dıq­la­rı hal­da, Azər­­bay­can türk­lə­ri bu bay­ra­ğı qə­bul et­mə­miş­dir.

Şeyx­za­man­lı 1963-cü il­də qə­lə­mə al­dı­ğı “Dərd­ləş­mə” mə­qa­lə­­sin­də Azər­bay­can mü­ha­ci­rə­ti­nin prob­lem­lə­ri­nə to­xun­muş­dur. O ya­zır­dı ki, bə­zi mü­ha­cir­lər Azər­bay­can Mil­li İde­ya­sı uğ­run­da apa­rı­lan mü­ba­ri­zə­ni doğ­ru qiy­mət­lən­di­rə bil­mir­lər. Be­lə ki, in­di­yə qə­dər So­vet Ru­si­ya­sı­na qar­şı apa­rı­lan Mil­li Azad­lıq Mü­ba­ri­zə­si­nin ro­lu­nu və ye­ri­ni aşa­ğı en­di­rir­lər. Hal­bu­ki Azər­bay­can mü­ha­cir­lə­ri Və­tən­dən ay­rı düş­dük­lə­ri ilk gün­lər­dən eti­ba­rən dai­ma Azər­bay­ca­nın azad­lı­ğı uğ­run­da mü­ba­ri­zə apar­mış­lar. Doğ­ru­dur, ilk il­lər­də Azər­bay­can mü­ha­cir­lə­ri ara­sın­da pa­ra­kən­də­lik ol­muş və bir yer­də mü­ba­ri­zə apar­maq­da çə­tin­lik çək­miş­lər. An­caq bu çox uzun sür­mə­miş, Cüm­hu­riy­yə­tin qu­ru­cu­su, mil­li ideo­loq M.Ə.Rə­sul­za­də­nin So­vet Ru­si­ya­sı­nı giz­li yol­lar­la tərk edə­rək İs­tan­bu­la gəl­mə­si ilə və­ziy­yət yax­şı­lı­ğa doğ­ru də­yiş­miş­dir. O, ya­zır­dı: “Azər­bay­can is­tiq­lal mü­ba­ri­zə­si­nin bö­yük li­de­ri Mə­həm­məd Əmin Rə­sul­za­də­nin İs­tan­bu­la gə­li­şi yurd­daş­lar­da bö­yük bir se­vinc ya­rat­mış­dır. İlk iş ola­raq yurd­daş­lar “Mil­li Ko­mi­tə” adı al­tın­da bir­lə­şə­rək Əmin bə­yi rəh­bər seç­di­lər. il­lər­dən bə­ri özü­nü hiss et­di­rən boş­luq Mil­li Ko­mi­tə­nin nəşr et­di­yi “Ye­ni Qaf­qa­si­ya” məc­muə­si və bu­nun ar­dın­ca çı­xan di­gər mət­bu­at or­qan­la­rı tə­rə­fin­dən dol­du­rul­muş ol­du”. [10]

Onun fik­rin­cə, Rə­sul­za­də­nin ya­rat­dı­ğı mil­li bir­lik və bə­ra­bər­lik ha­zır­da da da­vam et­mək­də­dir. Çün­ki Rə­sul­za­də Azər­bay­ca­nın bir gün Mil­li İs­tiq­la­la qo­vu­şa­ca­ğı ina­mı­nı hə­min yaz­dı­ğı mə­qa­lə­lər­də on­la­ra aşı­la­ya bil­miş­dir: “Azər­bay­can Mil­li Mü­ba­ri­zə­si­nin bö­yük li­de­ri mər­hum Mə­həm­məd Əmin Rə­sul­za­də­nin qur­du­ğu bu nəşr sis­te­mi gü­nü­mü­zə qə­dər da­vam et­mək­də­dir”.[11]

Əb­dül­va­hab Məm­məd­za­də-Yurd­se­vər (1898-1976) mü­ha­cir­­ə­tə üz tu­ta­na qə­dər və­tə­nin­də, Ba­kı Döv­lət Uni­ver­si­te­ti­nin Fəl­sə­fə fa­kül­tə­sin­də “Mə­də­niy­yət ta­ri­xi” və “Coğ­ra­fi­ya” fən­lə­rin­dən dərs de­miş­dir. So­vet mə­mur­la­rı­nın gös­tə­ri­şi ilə bir müd­dət Şi­ma­li Qaf­qaz, Öz­bə­kis­tan və Türk­mə­nis­tan­da sür­gün hə­ya­tı ya­şa­yan Məm­­məd­za­də 1930-cu il­lər­də Teh­ra­na üz tu­ta­sı ol­muş­dur. Al­man, rus, ərəb, fars dil­lə­ri­ni mü­kəm­məl bi­lən zi­ya­lı, bir müd­dət Teh­ran­da mü­əl­lim ki­mi fəa­liy­yət gös­tər­miş, da­ha son­ra Pol­şa­ya get­miş­dir. Var­şa­va­da Rə­sul­­za­də və baş­qa mü­ha­cir ay­dın­lar­la bir­lik­də Azər­bay­­ca­nın is­tiq­lal sa­va­şı uğ­run­da mü­ba­ri­zə apa­ran Məm­məd­za­də 1939-cu il­dən Tür­ki­yə­yə köç­müş və öm­rü­nün ax­rı­na qə­dər bu­ra­da ya­şa­mış­dır.

Məm­məd­za­də­nin ir­sin­də ic­ti­mai-si­ya­si mə­qa­lə­lə­ri ilə ya­na­şı, mə­də­niy­yət və ədə­biy­yat sa­hə­si­nə həsr et­di­yi “Mir­zə Fə­tə­li Axund­­za­də­nin hə­ya­tı və əsər­lə­ri”, “Azər­bay­can Dram Mə­də­niy­yə­ti”, “Azər­bay­can şa­ir­lə­rin­dən Va­qif və Vi­da­di­nin ya­ra­dı­cı­lı­ğı”, “Ab­bas­­qu­lu Ağa”, “XIX əsr  Azər­bay­ca­nın­da­kı mo­dern və rea­list ədə­bi cə­rə­­yan­lar”, “Şah İs­ma­yıl Xə­tai”, “Azər­bay­can is­tiq­lal sa­va­şın­dan səh­nə­­lər” və baş­qa əsər­lə­ri­nin ad­la­rı­nı çə­kə bi­lə­rik. Bu əsər­lə­rin­də Yurd­­se­vər klas­sik Azər­bay­can Türk mü­tə­fək­kir­lə­ri­ni bü­tün yön­lə­ri (mə­də­ni, fəl­sə­fi, di­ni, ədə­bi) ilə araş­dır­mış, on­la­rın dün­ya­gö­rüş­­lə­ri­ni və ya­ra­dı­cı­lıq­la­rı­nı ge­niş şə­kil­də təd­qi­qat ob­yek­ti­nə çe­vir­miş­dir.[12]

Yurd­se­vər kom­mu­niz­mi “Azər­bay­can mü­hi­ti­nə və ümu­miy­yət­lə türk və is­lam dün­ya­sı­na ta­ma­mi­lə ya­ban­çı və zə­rər­li bir dokt­ri­na” ad­lan­dır­mış­dı. Yurd­se­vər ya­zır­dı ki, C.Məm­məd­qu­lu­za­də “si­nif, par­ti­ya, züm­rə və mə­də­niy­yə­ti fər­qi göz­lə­mə­dən bü­tün və­tən öv­lad­la­rı­nı bir­li­yi və həm­rəy­li­yi” tə­rəf­da­rı, “Azər­bay­can ümu­mi-əf­ka­rı­nın li­be­ral-de­mok­rat qüv­və­lə­rin dü­şün­cə­lə­ri­nin “tər­cü­man”ı ol­muş­dur. Ona gö­rə Sa­bir isə idea­list, is­la­hat­çı, türk­çü­lü­yə me­yil­li mi­li şa­ir ol­muş­dur. O, ya­zır­dı: “Sa­bir – in­san vü­cu­du­nun fa­ni, fə­qət in­san ru­hu­nun öl­məz və əbə­di ol­du­ğu­na qa­ne­dir. Ona gö­rə, in­san bə­də­ni ilə de­yil, ru­hu ilə ya­şar. Bə­dən bir ovuc tor­paq­dan iba­rət­dir və nə­ha­yət, ye­nə tor­pa­ğa tərk edi­lə­cək­dir. Hal­bu­ki ruh bu dün­ya­dan da­ha yük­sək və da­ha mə­sud aləm­lər­də ya­şa­ma­ğa və həm də bə­dii su­rət­də ya­şa­ma­ğa qa­dir­dir. Böy­lə­cə, Sa­bir ma­te­ria­lizm (ma­diy­yət­çi­lik) fəl­sə­fə­sin­dən çox uzaq­dır və ta­ma­mən idea­list­dir”. [13]

 

[1] Yenə orada, s.62

[2] Yenə orada, s.65

[3] Yenə orada, s.70

[4] Yenə orada, s.69

[5] Yenə orada, s.69

[6] Yenə orada, s.75

[7] Yenə orada, s.86

[8] Yenə orada, s.103

[9] Yenə orada, s.103

[10] Şeyxzamanlı Nağı. Xatirələrim. Bakı, «Vətən», 2004, s.170

[11] Yenə orada, s.174

[12] Cabbarlı Nikpur. Azərbaycan mühacirət nəsri. Bakı, Elm və təhsil, 2011, s.102-103

[13] Yurdsevər Ə. Sabirin Azərbaycan ədəbiyyatındakı yeri. Ankara, 1951, s.58


MANŞET XƏBƏRLƏRİ