Azərbaycanda pandemiya rəsmən ləğv edilir?


Ölkəmizdə son aylar koronavirusa yoluxma sayı azalıb.

Hətta ötən gün koronavirus (COVID-19) infeksiyasına yeni yoluxma faktı qeydə alınmayıb, 5 nəfər isə müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslər arasında da ölən olmayıb.

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə vaksin də vurulmayıb.

Yoluxmalar azalsa və yox səviyyəsində olsa belə, ölkəmizdə pandemiyanın bitməsi rəsmi şəkildə elan edilməyib.

Hətta bir çox ölkələrdə virusun yenidən yayılmasının Azərbaycana da təsiri olacağı deyilir.

Cebhe.info -ya açıqlamasında radioloq Aydın Əliyev deyib ki, ölkəmizdə pandemiya çoxdan bitib:

"Hazırda mövsüm dəyişikliyi ilə bağlı yoluxucu xəstəliyə yoluxma ölkəmizdə daha çoxdur, nəinki koronavirusa. 10 milyonluq əhali üçün 5-50 yoluxma isə yoluxma sayılmır. Gün ərzində qripə yoluxma yüzlərlədir, amma koronavirusa yoluxma 5-10. Ona görə də COVID-19-la bağlı tətbiq edilən qadağaların da ləğvinin tərəfdarıyam.

Məhz "COVID-19 pasportu" tələbi də ləğv edilməlidir, quru yollarının açılması məsələsinə qoyulan maneələr aradan qaldırılmalıdır. Yaxşı ki, maska tələbi ləğv edildi. Çünki bundan sonra virusun yoluxduruculuq xüsusiyyəti, demək olar ki, sıfra yaxınlaşır. Belə olan halda məhdudiyyətlərə ehtiyac yoxdur". /Cebhe.info/


MANŞET XƏBƏRLƏRİ