Vilayət Eyvazovdan yeni TƏYİNAT


Daxili işlər orqanında kadr dəyişikliyi olub.

Turkustan.az-ın məlumatına görə, bu barədə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, polis kapitanı Samir Quliyev Gəncə Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin Əlahiddə Yol Patrul xidməti bölüyünün inspektoru vəzifəsindən azad olunaraq Samux Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin rəisi vəzifəsinə təyin olunub.


MANŞET XƏBƏRLƏRİ