Saçları uzatmağın 8 sirri

Saçları uzatmağın 8 sirri

Saçları uzatmağın 8 sirri. Aşağıdakı ucuz vasitələrlə saçlarınızın uzanmasına səbəb ola bilrsiniz.
Xarici görünüşü gözəl göstərən amillərdən biri də saçlardır. Uzun və gözəl saçlara isə sahub olmaq o qədər də asan deyil. Bəzi qadınlar aylayla gözəllik salonlarına pul xərcləyərək saçlarının uzanması üçün vaxt keçirirlər. Saçların uzanması hər bir qadında özünəməxsus olur. Bəzi qadınlar vardır ki, onları saçları qısa bir zamanda uzanır, amma bəzi qadınlarda bu belə olmur. Vitaminsiz qidalanma, müxtəlif xəstəliklər saçların uzanmamasına səbəb ola bilir. Sizlərə saçları asan və ucuz yollarla uzatmağın sirlərini öyrətmək istyirik.

1. Aloe şirəsi  
Aloe şirəsinin tərkibində çoxlu miqdarda bioloji aktiv maddələr var. Saçlarınızın uzanmasını istəyirsinizsə o zaman aloe şirəsini saçlarınızı sürtüb 2 saat saxlyın və isti su ilə yuyun.
2. Pantenol turşusu
 (B5) güclü regenerasiyaedici təsirə malikdir. Bu vitamin yanıq yaralarının, çapıqların, zədələnmələrin sağalmasını sürətləndirir. Apteklərdə satılan pantenol tərkibli şampunlardan, gellərdən istifadə etməklə saçların uzanmasını əldə etmək mümkündür. Bəzən satışda patenol tərkibli kremlər və mazlar da olur. Onları saç diblərinə və saçlara sürtmək saçların uzanmasına səbəb olur. Saçlarıyuduqdan sonra pantenol spreyini saçlara püskürtmək də saçları uzadır.
3. Soyuq su ilə saçları yaxalamaq  
Saçları isti su və şampunla yuduqdan sonra axırıncı dəfə soyuq su il yaxalamaq saçların uzanmasına səbəb ola bilir. Bu prosedue saç dərisinin qan dövranını yaxşılaşdırır və tük follikullarını fəallaşdırır.
4. Alma sirkəsi ilə saçları yaxalamaq
Saçları isti su və şampunla yuduqdan sonra alma sirkəsi qarışdırılmış su ilə yaxalamaq saçıarın uzanmasına səbəb olur. Buna isə alma sirkəsinin tərkibində olan minerallar səbəb olur. Alma sirkəsi islə saçları yaxalamaq üçün 1 litr suya 1 xörək qaşığı alma sirkəsi tökmək lazımdır. İstifadə üçün təbii yollarla hazırlanmış 6%-li alma sirkəsindən istifadə edilməlidir.
5. Zülal maskası
2 yumurtanın ağını az miqdar şampun köpüyü ilə qarışdıraraq saçlara sürtüb 10 dəqiqə saxladıqdan sonra yumaq saçların uzamnasına səbəb olur.Bu maskanı həftədə 1 dəfə təkrarlamaq lazımdır.
6. Yumurtalı konyak maskası
2 yumurta, 40 qram konyak və 2 çay qaşığı zeytun yağının qarışımından hazırlanan maska saçları uzadır. Bu maska saçların yumşalmasına və parıldamasına səbəb olur.
7. Efir yağı maskası
Bu maska tük köklərinə effektli təsir edərək onları canlandırır. İstifadə üçün jojoba, rozmarin, lavanda və badam yağlarından istifadə etmək mümkündür. Maskanı hazırlayarklən adları çəkilən bitkilərin efir yağlarından 1 hissə götürülərək 10 hissə zeytun yağına qarışdırılır və 2 saat saçlarda saxlanılır. Sonra saçlar isti su və şampöunla yaxşı yuyulur.
8. Ədviyyat maskası
Zəncəfil, darçın, qorçitsa və qırmızı bibər saç diblərini isidərək baş dərisinin qan dövranını yaxşılaşdırır. Bu zaman baş dərisinə qanın axını sürətlənir və tük follikulları fəallaşır. Bu da saçların uzanmasına səbəb olur. Maskanı hazırlamaq üçün adları çəkilən ədviyyatları zeytun yağına qarışdırdıqdan sonra isitmək və saç diblərinə massaj edərək sürtmək lazımdır. Bu maska saç dərisini yandıra və ya qıcıqlandıra bilir. Əgər yanğı hissi çox olarsa, o zaman maskanı isti su ilə yuyub axıtmaq lazımdır.    /Milli.Az/


MANŞET XƏBƏRLƏRİ