Lukaşenkodan SENSASİON AÇIQLAMA: KTMT ölkələri bir-bir...


Belarus Prezidenti Aleksandr Lukaşenko Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) daxil olan ölkələri birləşməyə və Qərbin təzyiqlərinə qarşı birgə mübarizə aparmağa çağırıb.

Turkustan.az BelTA-ya istinadən xəbər verir ki, Belarus dövlət başçısı bu barədə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Kremldə keçirilən sammitində deyib.

"Ölkələrimiz sürətlə bir araya gəlməsə, siyasi, iqtisadi, hərbi əlaqələr güclənməsə, biz sabah mövcud olmaya bilərik", - Belarus lideri bildirib.

O, KTMT ölkələrinin rəhbərlərinin diqqətini Avropa İttifaqında blokdaxili nizam-intizamın güclü olmasına yönəldib. Bu baxımdan o, Aİ-dən nümunə götürməyə çağırıb.

"Sual yaranır ki, bizə bu blok resursdan istifadə etməyə kim mane olur. Burada onlardan nümunə götürmək lazımdır. Bir-bir biz sadəcə əziləcəyik və parçalanacağıq", - Lukaşenko vurğulayıb.

Belarus dövlət başçısı bildirib ki, KTMT ölkələri dərhal vahid cəbhə kimi çıxış etsəydilər, Qərb Belarusa və Rusiyaya qarşı "cəhənnəm sanksiyaları" tətbiq etməzdi. (publika.az)


MANŞET XƏBƏRLƏRİ