MDB-yə KTMT-də status verilsin - Putindən təklif

MDB-yə KTMT-də status verilsin - Putindən təklif

Rusiya Prezidenti Vladimir Putin Müstəqil Dövlətlər Birliyinə (MDB) Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) müşahidəçi statusunun verilməsini təklif edib.

Turkustan.az xəbər verir ki, V.Putin bunu KTMT üzvü olan dövlət başçılarının sammiti zamanı deyib.

“MDB-yə KTMT yanında müşahidəçi status vermək məsələsini müzakirə etməyimiz yerində və düzgün olardı”, - Rusiya Prezidenti bildirib.

Rusiya lideri, həmçinin deyib ki, 2022-ci ilin payızında KTMT-nin birgə bütöv seriya təlimləri planlaşdırılır və onların sayı genişlənəcək. (teleqraf.com)


MANŞET XƏBƏRLƏRİ