Pomidor niyə ucuzlaşmır? - VİDEO


Ötən il 1manat 50 qəpiyə, 2 manata satılan pomidorun bu il bazarlarda qiyməti 3 manatdan aşağı satılmır.

Fermerlərin dediyinə görə, bu, bəzi istixanaların fəaliyyətinin dayandırması ilə əlaqədardır və qiymətlərə təsirini göstərib.

Turkustan.az-ın məlumatına görə, ötən il Rusiya tərəfindən pomidorla bağlı tətbiq edilən məhdudiyyətlər həmin təsərrüfatların bağlanmasına səbəb olub.

Fermerlər bildirib ki, bu baxımdan 80 min dollar zərər görüblər. Bu il demək olar ki, istixanaların əksəriyyətində pomidor əkilməməsi və Rusiyanın Azərbaycanın idxalına qadağa qöymasına görə pomidor yerində 20 qəpiyə satılıb.

Nəticədə sahibkarlar böyük zərərlə qarşılaşıblar. Sahibkarların çoxunun istixanalarını ləğv etdiyi bildirilir. Artıq məhdudiyyətlər aradan qalxdığı üçün bu sahədə heç bir çətinlik mövcud deyil. Lakin bu amil fermerlərə sərf etsə də, məhsulun bahalaşmasısna gətirib çıxarır. Rusiyaya pomidor ixracında dinanik artım müşahidə edilir. Təkcə 2021- ci ilin yanvar- fevral aylarında təxminən 11 min 715 ton, bu ilin yanvar- fevral aylaırnda isə 19 min 991 ton pomidor ixrac edilib.

/Cebhe.info/


MANŞET XƏBƏRLƏRİ