Qalmaqallı YAP-çı Əli Əliyevi məhkəməyə verdi


YAP Binəqədi rayon təşkilatının sabiq sədri Ramiz Göyüşov Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyevi məhkəməyə verib.

Turkustan.az -ın məlumatına görə, xəbəri hüquq müdafiəçisi Rüfət Səfərov ictimailəşdirib.

Onun sözlərinə görə, R.Göyüşov Ə.Əliyevi Cinayət Məcəlləsinin 148-ci (təhqir) maddəsi ilə xüsusi ittiham qaydasında məhkəməyə verib.

20 may 2022-ci il tarixində, saat 12:00-da Yasamal Rayon Məhkəməsində ilk prosses olacaq.

Xatırladaq ki, ötən ilin sonlarında Ramiz Göyüşovun sosial şəbəkələrdə intim videogörüntüləri yayıldığından YAP onu Binəqədi rayon təşkilatının sədri vəzifəsindən azad etmişdi.
Vətəndaş və İnkişaf Partiyasının Əli Əliyev 2021-ci il noyabrın 30-da qəzaya uğrayan DSX-ya məxsus Mi-17 tipli helikopterində sağ qalan polkovnik-leytenant Emil Cəfərov və kapitan Ramin Ədilovun xüsusi ittiham qaydasında şikayəti əsasında Cinayət Məcəlləsinin 147.1-ci maddəsinə (böhtan) uyğun olaraq həbs olunub.
Yanvarın 13-də Yasamal rayon Məhkəməsində hakim Hüseyn Səfərovun sədrliyi ilə keçirilən prosesdə DSX-nin polkovnik-leytenantı Emil Cəfərovun şikayəti ilə bağlı qərar qəbul olunub. Qərara əsasən, bu ilin yanvarında Ə.Əliyev barəsində əvvəlcə 5 ay, daha sonra 6 aylıq həbs cəsası kəsilib.


MANŞET XƏBƏRLƏRİ