Dünyanın ən qorxunc qəbiləsi - FOTO


Papua Yeni Qvineyada yaşayan Yali qəbiləsi dünyanın ən təhlükəli icmalarından biri kimi qəbul olunur.

Turkustan.az xəbər verir ki, "Şərqdən gələn adam" mənasını verən Yali adamyeyənliyi ilə tanınan bir qəbilədir.

Dünyanın qalan hissəsindən kifayət qədər təcrid olunmuş vəziyyətdə yaşayan Yalilərin özünəməxsus qaydaları, adət və ənənələri mövcuddur.

Min illər boyu başqa insanlarla demək olar ki, əlaqə olmadan yaşayan Yali tayfası zaman keçdikcə digər icmalardan kifayət qədər uzaqlaşıb.

Onlar hər şeyə kənardan təhlükə kimi baxdıqlarına görə yaşadıqları bölgələrə gəlmək istəyənlər üçün müxtəlif tələlər qururlar.

1960-cı ilə qədər Yalilərin həyatı və tarixi haqqında demək olar ki, məlumat olmayıb.

(publika.az)


MANŞET XƏBƏRLƏRİ