Sağlamlıq üçün ƏN FAYDALI ÇAY: amma bu qablarda İÇMƏK OLMAZ


Türkiyəli dietoloq Pakize Gizem Akgül hansı çayın sağlamlıq üçün daha faydalı olduğunu açıqlayıb.

Turkustan.az xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.

Mütəxəssisin sözlərinə görə, qara çaydan fərqli olaraq yaşıl çay immunitet sistemini gücləndirməyə, piylənmənin qarşısını almağa, təzyiqi və qan şəkərinin səviyyəsini tənzimləməyə kömək edir. O, çayın tərkibində polifenollar, B1 və B2 vitaminləri, theanine ilə zəngin olduğunu və daha çox C vitamini ehtiva etdiyini iddia edir.

Akgül yaşıl çayı 4-5 dəqiqə qaynadılmış suda və ya qaynadıqdan bir neçə dəqiqə sonra dəmləməyi tövsiyə edib. Onun fikrincə, çayı içən zaman plastik və ya alüminiumdan hazırlanmış qablardan istifadə etməmək olmaz. (publika.az)


MANŞET XƏBƏRLƏRİ