Azərbaycana hansı ölkə neçə xal verdi? - SİYAHI


Xəbər verdiyimiz kimi, 25 ölkənin qatıldığı İtaliyanın Turin şəhərində keçirilən "Avroviziya 2022" mahnı müsabiqəsinin müsabiqəsinin finalında səsvermənin nəticələri açıqlanıb.

Turkustan.az xəbər verir ki, səsvermədə iştirak edən 40 ölkədən 19-u Azərbaycana müxtəlif xallar verib.

Azərbaycanı təmsil edən mahnı 106 səs toplayıb. Beləliklə, ölkəmizi "Fade To Black" mahnısı ilə təmsil edən Nadir Rüstəmli müsabiqədə 16-cı yerdə qərar tutub.

Yekunda 631 xal toplayan Ukrayna təmsilçiləri yarışın qalibi olublar. İkinci və üçüncü yerləri müvafiq olaraq 466 və 459 xal toplayan Böyük Britaniya və İspaniya təmsilçiləri tutublar. "İlk beşliy"i İsveç (438) və Serbiya (312) qapadıb

Azərbaycana səs verən ölkələrin siyahısını təqdim edirik:

Yunanıstan - 12 xal

Serbiya - 12 xal

İspaniya - 12 xal

Kipr - 10 xal

San-Mariono - 7 xal

Böyük Britaniya - 7 xal

İsveç - 7 xal

Almaniya - 6 xal

Ukrayna - 5 xal

Şimali Makedoniya - 4 xal

Estoniya - 3 xal

Albaniya - 3 xal

Finlandiya - 3 xal

Belçika - 3 xal

Bolqarıstan - 3 xal

Malta - 2 xal

Avstraliya - 2 xal

Monteneqro - 1 xal

Moldova - 1 xal

(publika.az)


MANŞET XƏBƏRLƏRİ