Türkiyədə hava limanı açılır - Prezidentlər mərasimdə iştirak edir - CANLI


Mayın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rize-Artvin Hava Limanının açılışında iştirak etmək üçün Türkiyə Respublikasına işgüzar səfər edib.

Turkustan.az xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Rize-Artvin Hava Limanında Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Prezident İlham Əliyevi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qarşılayıb.

Dövlətimizin başçısı fəxri qarovul dəstəsini salamlayıb.


MANŞET XƏBƏRLƏRİ