Olay sabah baş verəcək – Növbəti dəfə 2163-cü ildə təkrarlanacaq


ABŞ-ın Milli Kosmos Agentliyi (NASA) nəhəng asteroidin sürətlə Yerə doğru gəldiyini və bazar günü planetimizin yaxınlığından keçəcəyini açıqlayıb.

Turkustan.azxəbər verir ki, 388945 (2008 TZ3) adlı kosmik göy cisminin eni təxminən 490 metrdir və Yerin yaxınından keçdiyinə görə "potensial təhlükəli asteroid" kimi təsnif edilir.

Tədqiqatçılar 1908-ci ildə Şərqi Sibirdə Tunquska hadisəsinə səbəb olan və meşəni tamamilə yox edən meteoritin diametrinin təxminən 100-200 metr, dinozavrları məhv edən meteoritin isə 10-15 km diametrdə olduğunu bildirirlər.

388945-in (2008 TZ3) diametri təxminən 0.219-0.490 km arasındadır. Bu ölçüdə bir asteroid Yerə çarpılsa, dağıdıcı zərərə səbəb ola bilər. Amma NASA alimləri asteroidin sabah planetdən 4 milyon kilometr aralıdan keçəcəyini təxmin edirlər.

Müqayisə üçün qeyd edək ki, Yerlə Ay arasındakı məsafə 385 min km civarındadır.

Bu asteroidin Yerin yaxınlığından keçməsi ilk dəfə deyil. Sözügedən nəhəng kosmik göy cismi 2020-ci ilin mayında təxminən 2.75 milyon km məsafədən planetin yanından keçib. Onun 2163-cü ilin mayına qədər Yerə bu qədər yaxınlaşması gözlənilmir.

Günəş ətrafındakı dövrəsini 732 günə tamamlayan asteroid müntəzəm olaraq Yerin yanından keçir.

Bu qədər böyük asteroidlərin Yer kürəsinin yaxınlığından keçməsi qeyri-adi hadisə sayılmır. Mütəxəssislərin hesablamalarına görə, diametri 100 metr olan asteroid Yerə dəysə, yanvarın 14-də Tonqada baş vermiş vulkan püskürməsindən 10 dəfə böyük partlayıcı güc yarada bilər.

Yerin 7.5 milyon km məsafəsindən keçən hər hansı bir asteroid "potensial təhlükəli" hesab edilir. /teleqraf.com/


MANŞET XƏBƏRLƏRİ