Daşınmaz əmlak bazarında bahalaşma - SİYAHI


"Daşınmaz əmlak bazarında qiymət indeksi aprel ayında 0,30%, ilin əvvəlində 2,77% və ötən ilin eyni dövrü ilə müqayisədə isə 4,12% artıb".

B u haqda Modern.az-a "MBA" konsaltinq və qiymətləndirmə şirkətinin baş direktoru, daşınmaz əmlak üzrə ekspert Nüsrət İbrahimov açıqlama verib.

N.İbrahimov aprel ayı ərzində daşınmaz əmlak bazrındakı durumla bağlı danışrakən bildirib ki, təkrar mənzil bazarında minimum qiymət ötən ayla müqayisədə 61,90% artıb, maksimum qiymət isə 8,41% artıb:


"Ötən illə müqayisədə isə minimum qiymət 31, 46% artıb, maksimum qiymət isə 22,25% azalıb. İlkin mənzil bazarında orta qiymət mart ayına nisbətən 1,05% azalıb, ötən illə müqayisədə 10,26% artıb. Orta mənzil qiymətləri isə mart ayı ilə müqayisədə16,35% artııb, ötən ilə nisbətən isə 10,67% artıb. Fərdi yaşayış və bağ evlərində orta qiyməti mart ayına nəzərən 3,70%, ötən ilə nəzərən isə 10, 98% azalıb. Fərdi yaşayış və bağ evlərində orta mənzil qiymətləri isə mart ayına nisbətən 12,12% azalıb, ötən illə müqayisədə 7,45% artıb.

Koomersiya obyektlərinin orta qiyməti mart ayı ilə müqayisədə 8,63% azalıb, ötən ilin analoji dövri ilə müqayisədə isə 10,46% artıb. Orta obyekt qiymətləri mart ayına nisbətən 6,17%artıb, ötən ayla müqayisədə isə 33,46% azalıb. Torpaq bazarında orta qiymət mart ayına nəzərən 11,07%, hesabat dövri ilə müqayisədə isə 11,34% azalıb".

Ekspert söyləyib ki, mart ayı ilə müqayisədə mənzil kirayəsi bazarında qiymət 10, 35% artıb, ötən illə nisbətən isə 8,46% azalıb:

"Fərdi yaşayış və bağ evlərinin kirayə haqqı mart ayına nisbətən 2,51% artıb, analoji dövrlə müqayisədə isə 18,98% azalıb. Obyekt icarələrinin qiyməti marta nəzərən 21,5%, ötən illə müqayisədə isə 41,11% artıb.


MANŞET XƏBƏRLƏRİ