TÜİB 5 ci dönəm seçkili ümumi yığıncağı keçirilib - FOTOLAR


Bu gün TÜİB "Türkiyə və Azərbaycan İş adamları və Sənayeçilər İctimai Birliyinin" nin 5-ci dönəm seçkili ümumi yığıncağının gündəliyi keçirilib.

Yığıncaq divan heyətinin seçmi ilə başlayıb.Tədbir Divan Heyetinin açılış danışmasıyla davam edib.

Yığıncaqda Ümummili lider Heydər Əliyevin və Ulu Öndər Mustafa Kemal Atatürkün və bütün şəhidlər üçün verilmiş bir dəqiqəlik sükutla yad edilib.

Onun ardınca Azərbaycan və Türkiyə himnləri səsləndirib.

Yığıncaq "Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçilər İctimai Birliyi" fəaliyyətini əks etdirən video çarxla davam edilib.

TÜİB-in idarə heyətinin sədri Hüseyin Büyükfırat Azərbaycan və Türkiyə arasında olan dostluqdan, bir-birlərinə verdikləri dəstəkdən, və 44 günlük müharibədən danışıb.

Hüseyin Büyükfırat vurğuluyub ki, şəhid ailələrinin övladlarına Türkiyə də təhsil imkanları yaratdıqlarını və bunun davam edəcəyini bildirib.

Hüseyin Büyükfıratın ardından tədbirdə Elnur Əliyev, Göksel Aşan, Ertuğrul Sosyal, Orxan Məmmədov və, Məmməd Musayevin çıxışlarıyla davam edib.

Tədbirin sonunda TUİB 5 Seçkili İdarə Heyəti və Nəzarət və Təftiş Komisiyasının səslərinin Divan Heyəti tərəfindən sayılması və seçki nəticələrinin açıqlanmasıyla yekunlaşıb.

Mətləb Yaqubov /Turkustan.az


MANŞET XƏBƏRLƏRİ