Koronavirusun əlamət və ağırlaşmaları 2 il davam edir - Yapon həkimlər

Koronavirusun əlamət və ağırlaşmaları 2 il davam edir - Yapon həkimlər

Kovid ağırlaşması ilə xəstəxanaya yerləşdirilən pasiyentlərin yarıdan çoxunda simptomlar 2 ilə yaxın qala bilir.

Turkustan.az xəbər verir ki, bunu Çin-yapon birgə xəstəxanasının həkimləri deyib.

1192 pasiyent üzərində aparılan müşahidələr göstərib ki, xəstəliyin nəticələri 68% xəstəni narahat edir, 55% isə hələ 1 il yarım, 2 il bu simptomlarla mübarizə aparır.

Əsas şikayətlər ağrı, yorğunluq, yuxu problemi, psixi pozuntular, əzginlik, depressiya, ağciyərlərdə narahatlıqdır.

“Covid müalicəsi almış müəyyən qism insanlara daimi müalicə dəstəyinə ehtiyac var. Bura həmçinin vaksinlərin də uzun müddətli neqativ təsiri aiddir. Yeni müalicə metodlarına ehtiyac var. Xəstələr 2 il kovidin fəsadları ilə təkbaşına qalmamalıdır. Həkimlər bu barədə hazırlıqlı olmalıdır ki, onlara nə yardım edə biləcəklərini anlasınlar”.     /bakupost.az/


MANŞET XƏBƏRLƏRİ