"Bəli, Putinin ildırımsürətli müharibəsi çox uğursuz oldu və bu taktika özünü doğrultmadı".
Bu sözləri Yenisabah.az-a açıqlamasında "Kiyev Strateji Araşdırmalar Mərkəzi"nin sədri Pavlo Jovnirenko deyib.
Ukraynalı politoloq müharibənin uzanmasının Ukrayna cəmiyyətindəki reaksiyasına toxunub:
"O, ordusunun döyüş qabiliyyətinə həddən artıq böyük ümidlər bəsləyirdi və bu, ukraynalıların öz ölkələrini müdafiə etmək istəyindən çox aşağı idi. Bizim tələsən yerimiz yoxdur, çünki zaman Qərb əhalisinin əhval-ruhiyyəsinin Ukraynanın xeyrinə psixoloji dəyişməsi və ona silah təchizatının gücləndirilməsi üzərində işləyir. Əhali və hərbçilərimiz yalnız qələbəyə hazırdır. Zelenskiyı olan tənqid və qınaqlar isə yalnız cəmiyyətin və ordunun Moskva ilə danışıqlardan müsbət nəticə alacağına inanmaması ilə bağlıdır. Bu fikir İstanbulda nəticələri geniş tənqid edilən danışıqlardan sonra ortaya çıxıb. Amma bunu mütləq vurğulamalıyam ki, hamının, o cümlədən müxalifətin də ümumi fikri budur ki, Moskva ilə müharibə davam etdikcə cəmiyyətdə parçalanma olmayacaq. Çünki hamımız bərabərik".