Azərbaycanda quru sərhədlər nə vaxt açılacaq? - VİDEO


Ölkəmizdə pandemiya ilə bağlı əksər qadağalar aradan qaldırılsa da, quru sərhədləri hələ də bağlıdır. Uzun müddətdir sərhədlərin açılması ilə bağlı müzakirələr aparılır, lakin hələ ki, nəticə yoxdur. Artıq epidemioloji vəziyyət də tam nəzarət altındadır. Yoluxma sayı da əvvəlki aylarla müqayisədə qat-qat azalıb. Bəs bütün bunların fonunda sərhədlərin açılması gözləniləndirmi?

Hazırkı epidemioloji vəziyyət uzun müddətdir bağlı qalan quru sərhədlərinin açılmasına imkan verir. Bunu "XəzərXəbər"ə açıqlamasında millət vəkili Vüqar Bayramov deyib. Millət vəkili bildirib ki, indiki durumda quru sərhədlərinin mərhələli şəkildə açılması mümkündür. Onun sözlərnə görə, ölkəmizdə epidemoloji vəziyyət nəzarət altındadır, yoluxma sayı kifayət qədər azdır. Xüsusi karantin rejimində əksər qadağalar da aradan qaldırılıb.

Millət vəkili deyir ki, turizm mövsümünün yaxınlaşması ilə əlaqədar artıq quru sərhədlərinin açılması istiqamətində işlərə başlanmalıdır. Bu addım ölkəyə gələn turistlərin sayını əhəmiyyətli dərəcədə artıra bilər.

Qeyd edək ki, Azərbaycan pandemiya ilə əlaqədar 2020-ci ilin mart ayında quru sərhədlərini bağlayıb.


MANŞET XƏBƏRLƏRİ