NATO-nun keçmiş rəhbəri Rusiyanın nüvə təhlükəsindən danışıb


NATO-nun keçmiş rəhbəri Anders Foq Rasmussen Rusiya Federasiyasından gələn nüvə təhlükəsindən danışıb.

Bu barədə keçmiş Alyans rəhbəri "DW" müsahibə verib.

O bildirib ki, Rusiyanın nüvə silahı atacağı ilə bağlı xəbər real deyil və buna görə də o narahat deyil:

"Bu, Ukraynaya silah tədarükünü azaltmaq üçün NATO müttəfiqlərini qorxutmaq cəhdidir. İstər taktiki nüvə, istər bioloji silahlardan istifadə zamanı Putin bilir ki, qəti cavab alacaq".

O bildirib ki, Moskvadan gələn bu təhdidlərə imkan vermək olmaz. /Cebhe.info/


MANŞET XƏBƏRLƏRİ