Kosaçev: Baltik bizimdir, heç kimə verməyəcəyik!


Rusiya Baltik, Barents dənizləri, Arktika məkanını başqalarının ixtiyarına verməyəcək.

Turkustan.az xəbər verir ki, bu barədə Rusiya Federasiya Şurasının vitse-spikeri Konstantin Kosaçev deyib.

"Baltika və Barents, eyni zamanda Arktikanı heç kim xəyal etməsin. Biz bu məkanı NATO-ya verməyəcəyik", - deyə Kosaçev bildirib.

Qeyd edək ki, Latviya xarici işlər naziri Edqars Rinkeviç İsveç və Finlandiyanın alyans üzvü olması ilə Baltik dənizinin də NATO ərazisi olacağını bildirmişdi. (axar.az)


MANŞET XƏBƏRLƏRİ