Rusiya hakerləri bizi izləyir? – "Bu proqramı telefonunuzdan silin"


Rusiyanın Ukraynaya qarşı başlatdığı hərbi əməliyyatlar təkcə döyüş meydanlarını əhatə etmir. Təqdim edəcəyimiz məqalə müharibənin informasiya məkanına, sosial şəbəkələrə, eləcə də mobil telefonlarımıza qədər irəlilədiyindən xəbər verir.

Turkustan.azxəbər verir ki, informatika mütəxəssisləri bununla bağlı xəbərdarlıq edib. Xəbərdarlıqda bildirilir ki, Rusiyadan qaynaqlanan və çox ciddi nəticələrə səbəb ola biləcək haker fəaliyyətləri hər kəsi təhlükəyə ata bilər.

Maraqlıdır, söhbət hansı təhlükədən gedir? Rusiya hakerləri bizim şəxsi məlumatlarımızı izləyir?

Mütəxəssislər internet istifadəçilərinə "NewProfilePic" adlı profil fotoşəkilləri yaradan proqramdan istifadə etməməyi tövsiyyə edib. Təhlükəsizlik mütəxəssislərinin əldə etdiyi məlumatlara görə, proqramdan istifadə edənlərin şəxsi məlumatları Rusiya tərəfindən oğurlana bilər.

Son vaxtlar çox dəbdə olan bu tətbiqi Moskvada qeydiyyata alınmış texnologiya şirkəti hazırlayıb. Onlayn proqram istifadəçilərinə fotoşəkili cəlbedici, yüksək stilizə edilmiş cizgi filmi üslublu şəkillərə çevirmək şansı təqdim edir. On minlərlə insan artıq öz şəkillərini "New Profile Pic" proqramının serverlərinə yükləyib.

ESET İnternet Təhlükəsizliyi üzrə Qlobal Kibertəhlükəsizlik Məsləhətçisi Cek Mor bildirib ki, insanlar fotoşəkilləri və ya şəxsi məlumatları yeni vebsayta yükləyərkən inanılmaz dərəcədə diqqətli olmalıdırlar. Proqramın insanların fotolarını hazırlayarkən digər zəruri məlumatları da tələb etməsinin normal hal olmadığı bildirilib. /Gundem.az/


MANŞET XƏBƏRLƏRİ