Guzey Kıbrıs Türk Cümhuriyyətinin yeni hökumətinin tərkibi təsdiq olundu


Guzey Kıbrıs Türk Cümhuriyyətinin (KKTC) baş naziri Ünal Üstel yeni hökumətin tərkibini ölkə prezidenti Ersin Tatara təqdim edib.

Turkustan.azbildirir ki, ölkənin 28-ci hökuməti UBP-DP-YDP-dən ibarət koalisyon şəkildə təşkil olunub.

KKTC prezidenti Ersin Tatar yeni hökumətin tərkibini təsdiq edib.

Müvafiq olaraq, yeni kabinetdə Baş nazir Ünal Üstel (UBP), Baş nazirin müavini, turizm, mədəniyyət, gənclik və ətraf mühit naziri Fikri Ataoğlu (DP), İctimai işlər və nəqliyyat naziri Erhan Arıklı (YDP), Xarici işlər naziri Tahsin Ərtoğruloğlu (UBP), Maliyyə naziri Sunat Atun (UBP), Daxili işlər naziri Ziya Öztürkler (UBP), Milli təhsil naziri Nazım Çavuşoğlu (UBP), İqtisadiyyat və energetika naziri Olgun Amcaoğlu (UBP), Kənd təsərrüfatı və təbii sərvətlər naziri Dursun Oğuz (UBP), Səhiyyə naziri İzem Gürçağ (UBP), Həsən Taçoy (UBP) Əmək və sosial müdafiə naziri vəzifələrini tuturlar.


MANŞET XƏBƏRLƏRİ