Füzulidə polis özünü GÜLLƏLƏDİ


Azərbaycanda polis əməkdaşı ehtiyatsızlıqdan açılan atəş nəticəsində həyatını itirib.

Bu barədə Modern.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, mayın 13-də Füzuli Rayon Polis Şöbəsinin əməkdaşı İ.Qasımov yaşadığı Horadiz qəsəbəsindəki evdə ona təhkim olunan xidməti silahla ehtiyatsız davranması nəticəsində açılan atəşdən ölüb.

Faktla bağlı Füzuli Rayon Prokurorluğunda araşdırma aparılır.


MANŞET XƏBƏRLƏRİ