Almaniyanın Ştutqart şəhərində klassik Mercedes-Benz avtomobilinin satışı üçün keçirilən hərracda 1956-cı il istehsalı olan Mercedes-Benz 300 SLR Uhlenhaut Coupe 142 milyon dollara alınıb. Cəmi iki ədəd istehsal edildiyi bildirilən bu avtomobil, tarixin ən bahalı avtomobili kimi qeyd olunacaq.
Avtomobil həvəskarlarının bildiyi kimi, ikonik dizayna malik klassik avtomobillər astronomik qiymətlərə alıcı tapa bilir. İndi isə son vaxtlar artan avtomobil auksionlarına yenisi əlavə olunub.
Türküstan.azxəbər verir ki, Webtekno-da yer alan xəbərə görə, bu auksionda dünyanın ən böyük avtomobil istehsalçılarından biri olan Mercedes-Benz markalı avtomobil heyrətamiz qiymətə alıcı taparaq tarixə düşüb.
ABŞ-da yerləşən Hagerty şirkətinin məlumatına görə, Mercedes-in Silver Arrow 300 SLR avtomobili hərracda düz 142 milyon dollara alıcı tapıb.
Açıqlamalarda bunun tarixin ən bahalı avtomobil satışı kimi qeyd oluna biləcəyi ifadə edilib.
Eltac Zülfüqaroğlu/Türküstan.az