Rus politoloqdan şok iddia - “Putin gecə saatlarında…”

Rus politoloqdan şok iddia - “Putin gecə saatlarında…”

“Rusiya Prezidenti Vladimir Putinin cərrahiyyə əməliyyatı üçün hazırlıq gedir”.

Turkustan.az xəbər verir ki, bu barədə rusiyalı politoloq Valeri Solovyov Teleqram kanalında yazıb.

Ekspert Rusiya liderinin həyati təhlükə qarşısında olduğunu da istisna etməyib:

Solovyovun fikrincə, lazım gələrsə, ictimaiyyətin qarşısına Putinin oxşarlarından biri çıxarılaraq, onun davranışlarını təqlid edəcək.

Ekspert həmçinin əməliyyatın tarixinin müəyyən edilmədiyini, amma bunun müəyyən bir tarixdə saat 1:00-2:00 arası əməliyyat ediləcəyini bildirib.

“Tarix təhlükəsizlik baxımından dəyişir, amma başa düşmək lazımdır ki, həkimlər onun mümkün qədər tez keçirilməsində israrlıdırlar. Həkimlər arasında sırf rusiyalı mütəxəssislər də var, onların hamısı yüksək səviyyədə yoxlanılıb”, - politoloq vurğulayıb.

Ukrayna mətbuatının iddiasına görə, Putin yaxın gələcəkdə “bıçaq altında” yatmağa məcbur olacaq. Qeyd edilib ki, səhhətinin bərpası uzun çəksə, səlahiyyəti müvəqqəti olaraq Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevə veriləcək. (teleqraf.com)


MANŞET XƏBƏRLƏRİ