Mil­li-de­mok­ra­tik ide­ya cə­rə­yan­ı: türkçülük/azər­bay­can­çı­lıq, çağdaşlıq və is­lam­çı­lıq


MEDİA Agentliyi

QEYD: Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunur

VIII Yazı

AMEA Fəlsəfə və Sosoiologiya İnstitutunun aparıcı elmi işçisi,

dosent, fəlsəfə üzrə fəlsəfə doktoru Faiq Ələkbərli

20-ci əs­rin əv­vəl­lə­rin­də Po­zi­ti­viz­mə rəğ­bət bəs­lə­yən­lər­dən olan Sə­nə­tul­la Ey­nul­la­yev O.Kon­tun, H.Spen­se­rin ide­ya­la­rı­nı təb­liğ et­miş­dir. O, "Ni­da­yi ruh" mə­qa­lə­sin­də ya­zır­dı: "Av­ro­pa və di­gər qi­təa­ti-mə­də­niy­yə­nin fəl­sə­fe­yi-el­miy­yə­si, hə­qi­qiy­yun, əq­liy­yun, tə­ka­mi­liy­yun və ma­diy­yun (rea­lizm, ra­sio­na­lizm, evol­yu­sio­nizm, spi­ri­tua­lizm və ma­te­ria­lizm) və sai­rə ki­mi yek­di­gə­ri­nə mü­xa­lif olan bi­rər məs­lə­ki-fəl­sə­fə təş­kil edi­yor­lar­sa da, bun­la­rın əsa­sı... bil­mə­mək­­dən iba­rət və... bil­mə­mək­dən nə­şət edən şey­lər­dir. Be­lə ol­ma­sa idi yek di­gə­rə mü­xa­lif yüz­lər­cə bir (izm) məs­lə­ki-fəl­sə­fi... mey­da­na gəl­məz­di: bun­lar­dan bil­di­yi hə­qi­qə­ti-müs­bət (po­zi­ti­vizm) ol­sa idi bir za­man su­rə­ti-qə­tiy­yət­də qə­bul edi­lər, ix­ti­la­fa mə­həl qal­maz­dı". [1]

Ona gö­rə ic­ti­mai in­ki­şa­fın mən­bə­yi is­lam di­ni və onun do­ğur­du­ğu adət və ənə­nə­lər­dir: "İn­san­la­rın mad­di və mə­nə­vi səa­dət­lə­ri yal­nız is­la­miy­yət­lə tə­min edil­miş­dir. Çün­ki mad­di və və mə­nə­vi müa­viz­nə­ti hə­ya­tı tən­zim edə­cək əda­lə­ti həq­qa­niy­yət is­la­mın şə­riə­ti əsa­siy­yə­sin­də­dir". [2] Ey­nul­la­yev da­ha son­ra ya­zır­dı: "Bə­şə­riy­yət, tə­biə­tin xa­ri­cin­də bir ün­sü­ri-müs­tə­qil de­gil, bi­la­əks tə­biə­tin için­də­ki əc­zai-möv­cu­dat­dan bir cüz olub, mən­zu­me­yi-kai­na­tın ahən­gi... Ümu­mi hə­rə­kə­ti ilə bir ni­zam­da hə­rə­kət edir. Mən­zu­me­yi-kai­nat isə bü­tün he­yə­ti­lə gü­nə­şin tə­si­ri­nə əsir olub, tə­vəl­lüd edə­cə­yi nə qə­dər əh­va­li-ha­di­sat və tə­bəd­dü­lar var isə... gü­nə­şin tə­si­ri ilə vü­cu­da gə­lir. He­yə­ti-kai­nat ma­ki­na­sı­nın bir ci­zi olan kü­re­yi-ərz bü­tün küt­lə­si­lə gü­nəş tə­si­ri­nə ta­be ol­du­ğu ki­mi, onun üzə­rin­də ya­şa­yan can­lı ün­sü­rün cüm­lə­sin­dən bir nö­vü də ki, "bə­şər" de­yil­mək­lə mə­lum­dur doğ­ru­dan-doğ­ru­ya ku­re­yi-ərz­də vü­qua gə­lən tə­həv­vü­la­ta uy­ğun ola­raq hə­rə­kət edir... bu­nun üçün in­sa­nın mad­diy­yat və mə­nə­viy­ya­tı, his­siy­ya­tı və əq­liy­ya­tı tə­bi­ət qüv­və­lə­ri ilə bağ­lan­mış­dır. Tə­bi­ət­də qə­dər ha­di­sat və tə­bəd­dü­lat vü­qua gəl­sə in­san­da da va­qe olur". [3]

Ey­nul­la­yev baş­qa bir mə­qa­lə­sin­də də ya­zır­dı ki, "so­sia­lizm... qu­ru xə­yal alə­min­dən çı­xa­caq şey ol­ma­dı­ğın­dan bə­şə­riy­yə­tə hə­nüz bir şey ver­mə­miş­dir". [4] Ona gö­rə so­sia­lizm ger­çək­ləş­sə be­lə, bə­şə­riy­yət in­di­ki bə­la­lar­dan, böh­ran­lar­dan qur­tu­la bil­mə­yə­cək­dir. Ey­nul­la­yev "Mə­ra­keş­də qi­yam" mə­qa­lə­sin­də isə ya­zır­dı ki, bə­şə­riy­yə­tin art­ma­sı­na nis­bə­tən tor­paq art­ma­yıb, get­dik­cə sı­xı­lır: "Bu­na gö­rə də mil­lət­lər bir-bi­ri­nə hü­cum edib, mü­ha­ri­bə aç­ma­ğa, onun tor­pa­ğı­nı al­ma­ğa və kən­di­si­nə (özü­nə) is­ti­la və is­tim­lak et­mə­yə məc­bur olur". [5]

Əb­dül­xa­liq Qa­far­za­də Cən­nə­ti­nin (1855-1931) dün­ya­gör­­ü­şün­də is­lam­çı­lıq, tu­ran­çı­lıq və Azər­bay­can türk­çü­lü­yü xü­su­si yer tut­muş­dur. Hə­lə, 1880-ci il­lər­də bir­gə iş­ti­rak­çı­sı ol­duq­la­rı şe­ir məc­lis­lə­rin­də Cən­nə­ti­nin is­te­da­dı­nı gö­rən S.Ə.Şir­va­ni onun hə­min dövr­də az ta­nın­ma­sı­na tə­əc­cü­bü­nü də ifa­də et­miş­dir. Se­yid Əzi­min bu tə­əc­cü­bü­nə Cən­nə­ti­nin ca­va­bı konk­ret ol­muş­dur: "Ki­mi­nin məş­hu­rə­ti olur, ki­mi­nin hü­nə­ri".

Cən­nə­ti­nin is­lam­lı­ğa həsr et­di­yi əsər­lə­ri "Mü­həs­­sə­na­ti-şə­riy­yə", "Yən­bu­il-hik­mət", "Təh­vi­li-öv­zan" və baş­qa­­la­rı­­dır. Pey­ğəm­bə­rə (s) həsr et­di­yi şe­ir­lə­rin­də Al­la­hın Rə­su­lu­nu yer üzü­nü işıq­lan­dı­ran bö­yük şəx­siy­yət ki­mi təs­vir edən Cən­nə­ti­yə gö­rə, onun dün­ya­ya gəl­mə­si ilə in­san­lar səa­də­tə qo­vuş­muş, cə­ha­lət zül­mə­ti hi­da­yət nu­ri ilə ba­sıl­mış, hət­ta, Kəs­ra­nın ta­ğı düş­müş, fars­la­rın atə­şi sön­müş­dür. O, ya­zır­dı:

Han­sı pey­ğəm­bər olub sən ki­bi ali­him­mə­t?

Yox tə­məd­dün­də sə­nə ey­lə­yən əs­la sib­qət,

Yüz ve­rir mər­dü­mə asa­ri­ni gö­rə­cək hey­rət,

Sən­dən öz­gə ki­mə, aya, bu şə­rəf­dir qis­mət,

"Adə­mə vəc­hi-mü­ba­hat ola iz­zü nə­sə­bi".

Di­gər şei­rin­də isə Cən­nə­ti ya­zır­dı ki, "mad­də­ri-əy­yam" elə bir xə­ləf do­ğur­du ki, bu dün­ya­da mi­sa­lı nə gö­rü­lüb, nə də gö­rü­lə­cək­dir:

Ne­cə xə­ləf ki, onun əm­ri ilə dün­ya­nın

Tə­mam rü­bi edər gah qi­yam, gah sü­cud.

Nə­cə xə­ləf ki, Onun qəd­rü şə­ni­nə nis­bət,

Ümum­xəlq şüu­na­tı gör­sə­nin məh­dud.

Nə­cə xə­ləf ki, onun adı zikr olun­duq­da,

Rə­va­ni-pa­ki­nə ir­sal olur sə­la­mü dü­rud.

Cən­nə­ti İs­lam di­ni ilə ya­na­şı mil­lət, və­tən, tə­rəq­qi və hür­riy­yə­tə aid də bir çox də­yər­lə­ri əsər­lər yaz­mış­dır. Hət­ta, bir çox müa­sir­lə­ri­nə gö­rə Cən­nə­ti Türk şa­ir­lə­ri ara­sın­da ilk də­fə hür­riy­yət­dən, mil­li azad­lıq­dan bəhs et­miş­dir. Mə­sə­lən, Əlab­bas Müz­nib hür­riy­yət­lə bağ­lı yaz­dı­ğı şe­ir­lə­ri­nə gö­rə Cən­nə­ti­ni "Hür­riy­yət pey­ğəm­bə­ri" ad­lan­dır­­mış­dır. Cən­nə­ti "Hür­riy­yət" ad­lı şe­ir­lə­ri­nin bi­rin­də ya­zır­dı:

Ba­şın­da var isə şu­ri-şə­ra­bi-hür­riy­yət,

Qu­laq ver, ça­la hər kim rü­ba­bi-hür­riy­yət.

Qə­su­ri-Qey­sə­ri vi­ra­nə­dən be­tər gö­rü­rəm,

Ümu­mi-mər­dü­mə aç­maz­sa ba­bi-hür­riy­yət.

Gö­zü­mə kül gö­rü­nür mis­li-atə­şi-Nəm­rud,

Mə­şa­mə yet­mə­sə bu­yi-gü­la­bi-hür­riy­yət.

Adın məd­rə­sə qoy­maq­dan isə, cəhl evi qoy

O mək­tə­bi ki, yox on­da ki­ta­bi-hür­riy­yət.

Cən­nə­ti­yə gö­rə, mil­lə­tin cə­ha­lət­dən və kö­lə­lik­dən qur­tu­lu­şu uğ­run­da mü­ba­ri­zə apa­ran­lar isə hə­mi­şə zülm­lə rast­la­şıb əzab-əziy­yə­tə dü­çar olub­lar. Yə­ni mil­lət uğ­run­da ça­lı­şan­la­rın, onun azad­lı­ğı üçün yol ax­ta­ran­la­rın öz­lə­ri zən­cir­lə­nə­rək həbs­xan­la­ra sa­lı­nı­bı­lar. Cən­nə­ti tə­əs­süf edir­di ki, mil­lət uğ­run­da ça­lı­şan­la­rı isə bir çox hal­lar­da ək­sər soy­daş­la­rı da mü­ba­ri­zə mey­da­nın­da yal­nız bu­ra­xır­lar. Hət­ta, öz içi­miz­dən elə­lə­ri ta­pı­lır ki, qa­rın­la­rın­dan və və­zi­fə­lər­dən öt­rü qa­rın­daş­la­rı­nı və soy­daş­la­rı­nı məhv edir­lər. Cən­nə­ti ya­zır­dı:

El üçün ağ­la­yan göz­dən, de­miş­lər, kur olur axır,

Əzəl­dən kur imiş el qüs­sə­sin­dən gəl­mə­yən da­də.

Ümi­din kəs­sə hər kəs öz elin­dən, bi­ki­fa­yət­dir,

Ki­fa­yət­siz­lər ümi­din­də­yiz, Həq yet­sin im­da­də.

De­nə­li, əc­nə­bi mil­lət­lə­rin in­ki­şaf et­di­yi bir za­man­da Azər­bay­can türk­lə­ri­nin ge­ri­də qal­ma­sı­nın sə­bə­bi­ni Cən­nə­ti bir tə­rəf­­dən çar Ru­si­ya­­sı­­nın mü­təm­lə­kə­çi si­ya­sə­tin­də, di­gər tə­rəf­dən ya­lan­çı "mil­lət­pə­rəst­­lər"in və "ru­ha­ni­lər"in əməl­lə­rin­də gör­müş­dür.

Bü­tün bun­la­ra bax­ma­ya­raq, Cən­nə­ti he­sab edir­di ki, bir mil­lət təh­qir olun­du­ğu hal­da bu hə­qa­rə­tə ca­vab ver­mə­li, yə­ni mil­li oya­nı­şa na­il ol­ma­lı­dır. Çün­ki hə­qa­rət­lə qar­şı­laş­dı­ğı hal­da, ona ca­vab ve­rə bil­mə­yən və bu­nun­la ra­zı­la­şan mil­lət ta­rix səh­nə­sin­dən si­li­nir. O ya­zır­dı ki, azər­bay­can­lıl­lar soy­kö­kü­nə gö­rə türk, tu­ran­lı ol­du­ğu­na gö­rə heç vaxt bu cür hə­qa­rət­lə ra­zı­la­şa bil­məz. Onun fik­rin­cə, ha­zır­da müs­təm­lə­kə al­tın­da ya­şa­ma­ğı­mız müv­vəq­qə­ti­dir və türk­lər keç­miş şan-şöh­rət­lə­ri­ni xat­rı­la­ya­raq ye­ni­dən mil­li oya­nı­şa na­il ola­caq­lar:

Hər­çənd dü­ça­ri-mü­hə­ni-əh­li-cə­fa­yız,

Hər­çənd bu əy­yam­də pa­bən­di-bə­la­yiz,

Ey xar gö­rən biz­lə­ri, biz­lər nü­cə­ba­yız,

Mey­da­ni-hə­miy­yət­də ələm­da­ri-və­fa­yiz.

Tu­ran­lı­la­rız, sa­hi­bi-şə­nü şə­rə­fiz biz,

Əs­la­fı­mı­zın na­yi­bi xey­rül-xə­lə­fiz biz.

Ey zül­mü-cə­ha­lət, hə­zər et göz ya­şı­mız­dan,

Durr ol­ma­lı­san tor­pa­ğı­mız­dan, da­şı­mız­dan,

Bu yol­da mə­dəd biz­lə­rə məs­lək­da­şı­mız­dan,

Hür­riy­yət üçün vaz ke­çə­riz can-ba­hı­mız­dan.

Tu­ran­lı­la­rız, sa­hi­bi-şə­nü şə­rə­fiz biz,

Əs­la­fı­mı­zın na­yi­bi xey­rül-xə­lə­fiz biz. [6]

Bü­tün hal­lar­da, Cən­nə­ti­nin fik­rin­cə, kim mil­lə­ti­nə xid­mət edir­sə həm aləm­də adı və izi qa­la­caq, həm də rəh­mət qa­za­na­caq­dır. Onun şe­ir­lə­rin­də Mil­lə­ti qə­dər Və­tə­nə bağ­lı­lı­ğı da çox yük­sək sə­viy­yə­də əks olun­muş­dur. O, Və­tə­nə aid bir sı­ra şe­ir­lər yaz­mış, tor­pa­ğı­nı sa­tan­la­rı ən ağır şə­kil­də it­ti­ham et­miş­dir. Cən­nə­ti ya­zır­dı ki, kim tor­pa­ğı­nı sa­tar­sa gec-tez gö­zü­nə qa­ra tor­paq do­la­caq­dır:

Ey Türk! Və­tən tər­ki qı­lar qə­ti-hə­ya­tın,

Məh­məl olur ol dəm hə­rə­ka­tü sə­ka­na­tın,

Bir­dir və­tə­nin, get­sə hə­yat ilə mə­ma­tın,

Təl­qin ox­yur, Cən­nə­ti, hən­ga­mi-və­fa­tın.

Bu şi­və­nü fər­ya­dı əbəs qıl­ma­yır üş­şaq,

Tor­paq sa­ta­nın çeş­mi­nə ol­sun qa­ra tor­paq!

Cən­nə­ti­nin Və­tə­nə həsr et­di­yi ən məş­hur şei­ri isə "Və­tən tə­ra­nə­si"dir. Şai­rin fik­rin­cə, hər bir mil­lət üçün tor­paq o qə­dər mü­qəd­dəs­dir ki, də­ri­si bə­də­nin­dən so­yul­sa be­lə, kim­sə on­dan bir qa­rış da ol­sun baş­qa­sı­na ver­mə­mə­li­dir:

Him­mət edi­niz, düş­mə­ni məhv ey­lə­yə­lim ta,

Ət­fal ki­mi qaç­ma­ya­lım məs­kə­ni­miz­dən.

Zül­mat ki­mi ti­rə­vü tar ol­sa da dün­ya,

Nu­ra­ni edək ani di­li-röv­şə­ni­miz­dən.

Na­mu­si-və­tən hif­zi üçün bəzl edə­lim can,

Ta viz­rü və­ba­li gö­tü­rək gər­də­ni­miz­dən.

Cən­nə­ti Türk­lük və Və­tən məf­ku­rə­si­ni 1919-cu il­də "Azər­bay­can" qə­ze­tin­də nəşr olun­muş "Bay­ra­ğı­mız" şe­rin­də də ifa­də et­miş­dir. O, ya­zır­dı:

Ta ki Türk oğ­lu ayıq­dır, və­tə­ni qo­ru­ya­caq,

Yat­ma­yıb, yat­ma­ya­caq­dır əbə­da bay­ra­ğı­mız!

Bu cür mil­li məf­ku­rə­ni So­vet döv­rün­də ya­şat­maq Cən­nə­ti üçün heç də asan ol­ma­mış­dır. Bir tə­rəf­dən So­vet ca­sus­la­rı­nın tə­qi­bi, di­gər tə­rəf­dən ailə­sin­də baş ve­rən bəd­bəxt­lik­lər (öv­lad­la­rı­nı vaxt­sız itir­mə­si) Cən­nə­ti üçün dö­zül­məz ol­muş, o, 1931-ci il­də və­fat et­miş­dir.

Qa­ra­bəy Qa­ra­bəy­li (1873-1953) Şəm­kir al­man-rus li­se­yi­ni, da­ha son­ra Tif­lis Klas­sik gim­na­zi­ya­sı­nı bi­tir­miş və Mosk­va Uni­ver­si­te­ti­nin Tibb fa­kül­tə­si­nə da­xil ol­muş­dur.1901-ci il­dəBakıya qa­yıt­dıq­dan son­ra o, "İt­ti­fa­qi-müs­li­min" təş­ki­la­tı­nın üz­vü, "Di­fai" par­ti­ya­sı­nın rəh­bər­­lə­rin­­dən olub. Hə­min dövr­dən Qa­ra­bəy­li pub­li­sist fəa­liy­yə­ti­nə baş­la­ya­raq "Hə­yat", "İr­şad", "Kas­pi" və di­gər nəşr­lər­lə əmək­daş­lıq edib.

1906-cı il­də Qa­car­la­ra, 1908-ci il­də ­­İstanbulagə­lə­rə­rək bu­ra­da "Səa­dət" ad­lı təş­ki­lat ya­ra­dan Qa­ra­bəy­li­yə hə­min il ha­ki­miy­yə­tə gə­lən "Gənc türk­lər" və­zi­fə tək­lif et­sə­lər də o bun­dan im­ti­na et­miş və 1911-ci il­dəBakıya gə­lə­rək hə­kim­lik və pub­li­sis­tik fəa­liy­yə­ti­ni da­vam et­dir­miş­dir. Az son­ra ye­ni­dən İs­tan­bu­la ge­dən Qa­ra­bəy­li 2-ci Ru­si­yaFevral bur­jua inqilabındanson­raBakıya qa­yıt­mış və "Kas­pi" və "Ye­ni hə­yat" qə­zet­lə­ri­nin baş re­dak­to­ru ol­muş­dur.

O, 20-ci əs­rin ilk il­lə­rin­də mü­səl­man xalq­la­rı­nın ni­ca­tı­nı ya­şıl in­qi­lab­da, yə­ni "İs­lam bir­li­yi"ndə ax­tar­­mış­­dı. Qa­ra­bəy­li ya­zır­dı: "Biz özü­müz bir yol bu­lub, o yol ilə ge­də­cə­yiz. Bi­zim baş­qa­lar ilə büğz və əda­və­ti­miz yox­dur. Bi­zim özü­mü­zə məx­sus da­ha la­yiq, da­ha şan­lı bir və­zi­fe­yi-mü­ca­hi­də­miz var­dır ki, o və­zi­fə də zülm­­ə­ti-qəf­lət­də bu­lu­nan kül­liy­yə­ti-avam ara­sın­da nu­ri-maa­ri­fi ək­mək­dir". [7]


[1]Eynullayev S. Nidayi-ruh. "İqbal" qəzeti, 28 mart, 1912-ci il,№19

[2]Eynullayev S. İqbal. "İqbal" jurnalı, 6 mart, 1912-ci il,№1

[3]Eynullayev S. "Dığdığeyi vüqaat musiqisi...". "İqbal" qəzeti, 28 mart, 1914-cü il, №612

[4]Eynullayev S."Qafqazda kooperasiya işləri"."Yeni İqbal" qəzeti, 6 noyabr, 1913-cü il, №498

[5]Eynullayev S. "Mərakeşdə qiyam". "İqbal" qəzeti, 12 mart, 1912-cü il, №28

[6]Cənnəti Əbdülxaliq. Fəxriyyə. Füyuzat jurnali, Bakı, 1907-ci il avqust.

[7]Hüseynzadə Əli bəy. Seçilmiş əsərləri. Bakı, "Şərq-Qərb", 2007, s.185


MANŞET XƏBƏRLƏRİ