Sevgilisinə dəfn mərasimində evlilik təklifi etdi - VİDEO


Cənubi Afrikada bir kişi atasının dəfn mərasimində sevgilisinə evlilik təklifi edib. Belə bir özəl anın tabutun önündə yaşanması sosial media istifadəçilərinin reaksiyasına səbəb olub.

Cənubi Afrikada yaşayan Tiktok istifadəçisi M.Mojela adlı şəxs sevgilisinə atasının tabutunun qarşısında diz çökərək göz yaşları içində evlilik təklifi edib. O, həmin anların videosunu Tiktok hesabında da paylaşıb.

İZLƏYİCİLƏRDƏN SƏRT REAKSİYA GƏLDİ

Gəncin bir çox izləyicisi Mejolaya reaksiya verib. İstifadəçilər bildiriblər ki, həmin şəxs sırf izləyici toplamaq və onun videosunu izləmək üçün belə yola əl atıb. Hətta onları sevgilisinin dərdindən sui-istifadə etməkdə günahlandıran, təhqir edənlər də olub.

MƏRASİMDƏ OLANLAR İNSANLAR XƏBƏRDARLIQ EDİBLƏR

Gənc qadın üzüyü barmağına taxaraq evlilik təklifini qəbul edib. Digər tərəfdən, Mojelanın sevgilisinə evlilik təklifi etməzdən əvvəl mikrofonda çıxış etdiyi və mərasimdəki bəzi şəxslərin işarə ilə gənci xəbərdar etməyə çalışdığı ortaya çıxıb.


MANŞET XƏBƏRLƏRİ